Ukraynanın Xerson vilayətinin bəzi yaşayış məntəqələrini işğal etmiş rus qoşunları geri çəkilib...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, buna sən demə, ciddi səbəb var: "Heç kim gücü hiss etməsə heç yerə getməz - düşmən bizə torpaqlarmızı hədiyyə vermir, biz onları döyüşlə geri alırıq". Bu sözləri Ukrayna prezidenti Vlodimir Zelenski dünən axşam xalqa video müraciətində deyib. Sitat: "Biz çox ehtiyatla, emosiyalarsız, həddindən artıq risk olmadan hərəkət edirik. Bütün torpaqlarımızı azad etmək və itkilərin mümkün qədər az olması üçün. Biz Xerson, Kaxovka, Donetsk və digər şəhərlərimizin azad edilməsini belə təmin edəcəyik”. O, Rusiya hakimiyyətinə xəbərdarlıq edib ki, Kaxovka su elektrik stansiyasının partlaması bütün dünyaya müharibə elan etmək olacaq: “Moskvada müvafiq qərarlar qəbul edənlərin hamısını bir daha xəbərdar etmək istəyirəm: Kaxovka SES-i partlatmaq və ərazimizi su basmaq cəhdləriniz o deməkdir ki, siz bütün dünyaya müharibə elan edəcəksiniz, fikirləşin ki, bundan sonra başınıza nələr gələcək".

Müharibə isə davam edir. Lakin Putin bir müddət əvvəl qeyd etmişdi ki, qarşıdan təkcə soyuq qış deyil, Ukraynanı gözləyən qanlı məğlubiyyət gözləyir... Ukraynaya isə artıq qış gəlib...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN