Xəbər verdiyimiz kimi, bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü baş tutdu...

Zirvə görüşündü türk dövlətləri birliyinin gələcəyini müəyyənləşdirən mühüm sənədlər imzalandı, vacib sahələrdə razılığa gəlindi... Ən vacibi, “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil. Onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, TDT üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğraması kimi məsələləri artıq təşkilat çərçivəsində daim diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”, -deyən Prezident İlham Əliyev vacib siyasi mesajlar vermiş oldu. Prezident əlavə edib: “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil alması daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət verir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizin qoruyub-saxlanılması, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

Bəli, bu mühüm mesajın ünvanı bəllidir: İranda yaşayan 40 milyondan çox soydaşlarımızın doğma dilində yazıb-oxuması mümkünsüzdür. Çünki İranın molla rejimi yüz illərdir buna imkan verməməyi hədəfləyib... Amma tarix də öz sözünü deməkdədir...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN