Xəbər verdiyimiz kimi, Ukrayna ordusu rusların işğal etdiyi Xerson şəhərini azad edib...

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu ölkənin prezidenti bu qələbəyə çox şad olub. Sitat: "Ukraynanın Xerson vilayətini geri qaytarmasını alqışlayıram". Gürcüstan rəhbəri Salome Zurabişvili öz "Twitter" hesabında belə yazıb. Onun sözlərinə görə, bu, Ukraynanın birlik və dözümlülüyünün nəticəsidir: "Bu, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün mühüm addımdır. Gürcü xalqı sizdən razıdır və sizinlə birlikdə sevinir".

Rusiya KİV-ləri isə bunu fərqli prizmadan şərh edir, Rusiya ordusunun məğlubiyyətini açıq yazmaqdan çəkinir.

A.Məmmədlİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN