Prezident Vladimir Zelenski Bali adasında G20 iştirakçılarına videomüraciətində Rusiyanın dağıdıcı müharibəsinə son qoymağa çağırıb.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir bu barədə "The Guardian" məlumat yayıb. Sitta: “Mən əminəm ki, indi Rusiyanın dağıdıcı müharibəsinin dayandırılmasının zamandır”.
 Nəşr yazır ki, Sammitdə çıxış edən Zelenski Minsk-3-ün olmayacağını söyləyib. “Biz Rusiyanın geri çəkilərək öz qüvvələrini artırmasına imkan verməyəcəyik”.
Ukraynanın Zaporojye atom elektrik stansiyasında davam edən döyüşlərə toxunan Zelenski heç kimin dünyanı nüvə fəlakəti ilə şantaj etməyə haqqı olmadığını və Rusiyanın stansiyanı “hər an partlaya biləcək radioaktiv bombaya” çevirdiyini deyib. Həmçinin Zelenski öz müraciətində Rusiya ilə “hamı üçün” məhbus mübadiləsini təklif edib.

Müharibə isə davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN