Bir gün əvvəl Azərbaycanın Xankəndi şəhərində  keçirilən "Ermənistan Milli Məclisinin dövlət-hüquqi məsələlərində daimi komissiyası"nın iclasında "Seçki Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi" təşəbbüsü səsləndirilib.

KİV-in məlumatına görə, dəyişiklikdə təklif edilir ki, Qarabağda İrəvanın separatçı layihəsindəki seçkilərdə səs vermək hüququ "təkcə qeydiyyat yerinə görə deyil, həm də yaşayış yerində də" veriləcək.

Belə olan halda, nə zamansa Qarabağda yaşayıb oranı tərk etmiş ermənilər də səsvermədə iştirak edə biləcəklər.

Bu cür qərar isə Qarabağda erməni əhalisinin sayının saxta şişirdilməsi ilə nəticələnər.

Çünki belə olan təqdirdə, İrəvan istədiyi sayda insanı bura əlavə edərək reallıqda Azərbaycanın Qarabağ iqtisadi rayonunda  yaşadıqlarını söyləyə bilər.

***

Qeyd edək ki, 44 günlük Vətən uğrunda savaş ərafəsində yuxarı Qarabağda 60-65 min erməninin yaşadığı  məlumatları yayılırdı.

KİV-də gedən məlumata görə, ötən il separatçıların başçısı Arayik Arutunyan bölgədəki erməni əhalinin sayını belə ifadə edib: “...Bizim ən böyük səhvimiz odur ki, imkanlarımızın olmasına baxmayaraq, 13 iyun 1992-ci ildə Şaumyandan (Ağcakənd), sonra Mardakertdən (Ağdərə), Əsgəran, Hadrut və Martuninin (Xocavəndin) bəzi kəndlərindən qovulan ermənilərin müdafiəsinə qalxıb yerləşdirə bilmədik və  50 mindən çox erməni Qarabağı tərk etdi. İndi Qarabağın əhalisinin  45 min deyil, 200 mindən çox olmamasının səbəblərindən biri budur. Şaumyan əhalisinin ancaq 10%-i Qarabağda qaldı ”.

Arutunyanın ermənilərin guya qovulması yalanını nəzərə almasaq, erməni sayını bu cür açıqlayıb... 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN