Dünən axşam saatlarında Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda bir avtomobil partlayıb.

Tezadlar.az Haber- Türk-ə istinadla bildirir ki, hadisənin terror aktı olması ehtimal edilir. Hazırda hadisənin baş verdiyi əraziyə çox sayda yanğınsöndürmə briqadası və Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Baş verən hadisədə hələ ki, təlafat barədə məlumat verilməyib.
Təbii ki, türk düşmənləri belə bir həssas məqamda Türk dövlətləri Birliyinin rəhbəri olan Türkiyənin artan beynəlxalq nüfuzunu həzm edə bilmir. Şübhəsiz ki, bu hadisə də həmin düşmənlərin daha bir terror düzənləmə arzusunun bir hissəsidir.

Qeyd edək ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində terror aktı nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb. 
Tanrı Türkiyəni və türk dünyasını qorusun!
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN