Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında maraqlı açıqlama verib...

Tezadlar.az bildirir ki, “Son zamanlar Yunanıstanda bir neçə adam dinc dayanmır”, -deyən prezident əlavə edib ki, Türkiyə Yunanıstanla dinc qonşuluq münasibətlərində maraqlıdır. Amma... Sitat: “Amma bəzi yunan rəsmiləri hədlərini aşırlar. Başa düşmək lazımdır ki, adaları silahlandırmaq mənasızdır. Adaya gətirilən təyyarələrin, silahların faydası yoxdur. Çünki burada Türkiyə var. Bu, kürək yox, ürək işidir. Hər zaman dediyimiz kimi, bir gecə qəfil gələ bilərik”.

Türkiyə Prezidenti terrorçulara da xəbərdarlıq edib. Sitat: "Terror təhdidini aradan qaldırmaq üçün strategiyamızı davam etdirəcəyik. Nə edirlərsə etsinlər, kimin arxasında gizlənirlərsə gizlənsinlər, terrorçular onları gözləyən ağır aqibətdən yaxa qurtara bilməyəcəklər. Regionumuzun və ölkəmizin gələcəyində terrorun heç bir növünə yer yoxdur".

 R.T.Ərdoğan G20 ölkələrinin İndoneziyanın Bali adasında keçirilən IX sammitində iştirak edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN