Vətən müharibəsindəki Zəfərdən sonra bir sıra paytaxtlarda Azərbaycana qarşı təhdidlərin sayı artmaqdadır.

 Bunu millət vəkili Vüqar Bayramov Fransanın ermənipərəst  Senatının Azərbaycan əleyhinə qəbul etdiyi həqiqətdən uzaq qətnaməsini şərh edərkən deyib.

 “... Doğrudur, Senati əlehimizə qətnamə qəbul edən Fransa savaş zamanı da ikili standartlardan çıxış edərək işğalçı Ermənistanı dəstəkləyir və əslində o zaman da beynəlxalq hüquq prinsiplərinə məhəl qoymurdu”, - deyə millət vəkili bildirib.

 O, vurğulayıb ki, Parisdəki qərəzli qətnamələr Azərbaycan cəmiyyətində Fransaya etimadı tamamilə sarsıdıb.

“Bu özünü iki ölkə arasındakı ticarət dövriyyəsində də göstərir. 2021-ci ildə Azərbaycan ilə Fransa arasındakı ticarət döriyyəsi 245 milyon 463 min dollar olub. Son 10 ildə tərəflər arasındakı ticarət dövriyyəsi 8 dəfəyə yaxın azalıb. Bu ilin ilk 8 ayında isə Fransa ilə cəmi 218 milyon 874 min dollarlıq dövriyyəmiz olub”, -deyib.

Vüqar Bayramov qeyd edib ki, Avropa İttifaqı ilə iqtisadi əlaqələri gücləndirən Azərbaycan üçün dayanıqlı tərəfdaşlar ilə əməkdaşlığın genişləndirilməsi prioritetdir, ancaq Fransa Senatının qəbul etdiyi son qətnamə Parisin öz ənənəvi siyasətini dəyişmək niyyətində olmadığını bir daha nümayiş etdirir:” Qafqazın ən güclü ölkəsi ilə əməkdaşlığın gücləndirilməsi üçün qərəzsiz və tərəfsiz olmaq lazımdır. Təhdidlər ilə Azərbaycanın mövqeyinə təsir etmək mümkün deyil. Ümid edək ki, bu gün aqressivləşən bir sıra paytaxtlar bunu daha qısa zamanda anlayacaqlar”, - deyə V.Bayramov bildirib.

Xatırladaq ki, Fransa Senatında ölkəmiz əleyhinə qərəzli qətnamə və ədalətsiz qətnamə qəbul edilib. İclasda iştirak edən 296 nəfərdən 295-i layihənin lehinə, 1 nəfər əleyhinə səs verib.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN