Xəbər verildiyi kimi, Rusiyanın atdığı S-300 raketinin ikisi Polşa ərazisinə düşüb, iki nəfər ölüb...

Tezadlar.az bildirir ki, Avropa ölkələri buna görə Rusiyanı ittiham edir və lazımi tədbirlər görülməsini istəyirlər. Ötən gün isə Rusiya Müdafiə Nazirliyinin rəsmiləri bildirdilər ki, bu raketlər Ukraynaya məxsusdur... Ukrayna prezidenti Vladimir Zelenski də Rusiyanın bu iddiasına cavab verib, ukraynalı mütəxəssislərin Polşada qanadlı raketin düşməsi ilə bağlı təhqiqatda iştirakını istəyir. Bu barədə o, dünən axşam etdiyi videoçıxışında deyib. Sitat:  "BMT Təhlükəsizlik Şurasında əsas məsələlərdən biri Polşadakı vəziyyətdir, Rusiya təcavüzünün Polşa sərhədini necə keçdiyinə dair bütün şərtlərin öyrənilməsidir. Ukraynanın mövqeyi çox şəffafdır - biz bütün detalları, hər şeyi müəyyən etməyə çalışırıq. Buna görə də bizim mütəxəssislərimizin beynəlxalq araşdırma işinə qoşulmasına ehtiyacımız var və biz istəyirik ki, raketin düşdüyü yeri ilə bağlı bütün hallara çıxış əldə edək, əsl təcavüzkarln kimliyi bilinsin...".

Məsələ isə getdikcə ciddiləşir, Avropa İttifaqına üzv ölkələrdən gələn mesajlar isə onu diktə edir ki, Rusiya Avropa üçün bir nömrəli təhlükə olaraq qalır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN