Gürcüstanın müdafiə naziri Rusiyaya qarşı ittiham səsləndirib...

"Rusiya Federasiyası tərəfindən hərbi təcavüz ehtimalı yerli təhlükəsizliyə qarşı əsas problem olaraq qalır". Bu sözləri Gürcüstanın Müdafiə Naziri Cuanşer Burculadze Müdafiə Nazirliyinin 10 illik planının təqdimatı zamanı deyib. Onun sözlərinə görə, Rusiya Cənubi Qafqaz da daxil olmaqla qonşularını öz siyasi orbitinə qaytarmaq və ya heç olmasa Qərblə inteqrasiyasını qarşısını almaq istəyir: “Təhlillərimizə görə, Rusiya Federasiyası tərəfindən hərbi təcavüz ehtimalı yerli təhlükəsizliyə qarşı əsas problem olaraq qalır. Həmçinin hərbi təcavüz halında rəsmi beynəlxalq təhlükəsizlik zəmanətlərinin olmaması da əsas problem olaraq qalır. Rusiyanın "sərhədləşmə" prosesi, kiberhücumlar, təbliğat və dezinformasiya da daxil olmaqla hibrid fəaliyyətlərini davam etdirməsi, Gürcüstanda milli konsensusa xələl gətirməsi və cəmiyyətdəki qərbyönümlü kursu gözdən salması da gözlənilir. Ayrıca, böyük bir regional təhlükəsizlik problemi, Rusiyanın Cənubi Qafqaz da daxil olmaqla qonşularını öz siyasi orbitinə qaytarmaq və ya heç olmasa Qərblə inteqrasiyasını qarşısını almaq cəhdləridir. Nəzərə almaq lazımdır ki, Rusiya Federasiyası bölgədəki hərbi üstünlüyünü qorumaq üçün əhəmiyyətli hərbi qabiliyyətlərini və səylərini davam etdirir", - deyə C. Burculadze bildirib.

Rusiya Müdafiə Nazirliyinin qeyd edilən ittihama cavabı hələki yoxdur. Amma cavabsız qalacağı da mümkünsüzdür. Çünki artıq uzun illərdir ki, NATO-ya üzv olma yolunda edilən cəhdlər Gürcüstanla Rusiya arasında gərginlik ocağı yaradıb. Problemin nə zamansa həlli isə mümkünsüz görünür.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN