Ermənistan təxribatlarından əl çəkmir...

Bildiyiniz kimi, dünən iyulun 23-də, saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Düşmənin snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub... Təbii ki, düşmənin bu hərəkəti cavabsız qalmayıb və daxil olan qeyri-rəsmi məlumatlar təsdiqləyir ki, düşmən onqat cavabını alıb və şəhidimizin qanı yerdə qalmayıb.
Rəsmiyyətə gəlincə, Azərbaycan Müdafiə Nazirliyi lazımi tədbirləri görür. Belə ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəsmi saytı məlumat yayıb.
Qorxuya düşən Ermənistanın mətbuatı isə yazır ki, guya Azərbaycana məxsus PUA Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulub. Təbii ki, bu da düşmənin feyk məlumatıdır.
Şübhə yoxdur ki, "İti qovan"larımız səmaya qalxıb dövlət sərhədimizin mühafizəsini təşkil edir. Görünür, ermənilər göydə uçan quşların belə qaraltısından qartal görmüş siçovullar kimi yuvalarına doluşub gizlənir, həyəcanlarını bu cür kompensasiya edir, təxribat xarakterli məlumatları ilə təsəlli tapmaq istəyirlər. Amma qartal yuvanı dağıdıb siçovulu tutmayanadək şikarından əl çəkmir.
Bax belə. Əsas odur ki, erməni təxribatına cavab həmlələrimiz ürəkaçandır. İndi həm də "İti qovan"ların havada cövlan vuran vaxtıdır!
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN