İndi dünyanın bir çox ölkələrində koronavirusun 3-cü, 4-cü, nə bilim 150-ci dalğasının gəlməsi barədə xəbərlər gəlir. Bu xəbərləri də əsasən həkimlər, o cümlədən alim,alimliyə namizədlər, bill qeytslər, ilonlar zaddlar, bir sözlə, hamıdan “ağıllılar  yayır.

Filan həkim belə dedi, filan alim araşdırma aparıb belə bir nəticəyə gəldi ki, hazır olun,gəlir, özü də çox pis gəlir. Yorulduq, bezdik bu tip xəbərlərdən. O “həkimlər”dən, billərdən,masklardan soruşan yoxdur ki, niyə panika yaradırsınız, niyə camaatı qorxu altında saxlayırsınız? Məqsədiniz nədir? Çox bilən çıxmısınız? Yer kürəsində insanların sayının azaldılması proqramını işləyib hazırlayanı,virusu süni şəkildə yaradıb bütün dünyaya yayan, bəşər övladına düşmən kəsilən monstrları tapın. Yoxsa, 4-cü dalğa belə gəldi, sunami ordan getdi, alfa peyda oldu,qamma pusquda durub,delta gəlir və s. Yaxşı ki, yunan əlifbasında 24 hərf var və bu ştammları yunan əlifbasındakı hərflərlə adlandırırlar.  Mən bununla razı deyiləm. Bir halda ki, koronavirus Çindən yayılıb, virusun adlarını da çin əlifbası ilə adlandırmaq lazımdır. Çin əlifbasında da ki,maşallah,12 mindən çox işarə,hərf var. Yəni, demək istəyirəm ki, bu dalğa 20-30 söhbəti ilə qurtarmaycaq, çünki məqsədli şəkildə yayılan bu panika illərlə davam edəcək və aydın məsələdir ki, buna ancaq Çin əlifbası dözə bilər.

Bir çox ölkələrdə, məsələn Fransada əhali bu dalğaya, karantin rejiminin tətbiq edilməsinə qarşı etiraz mitinqinə çıxır.İnsanlar yorulub artıq.

Bəs bizim ölkədə bu dalğa söhbəti nə yerdədir? Bizim də öz dalğaçılarımız var. Eşidiblər ki, Rusiyada, Avropada koronavirusun 4-cü dalğası gəlir, biz də bu dalğanın gələcəyi anonsunu verirlər, yenə də evdə qal, hər yerin bağlanacağındanı söhbətlər gedir:

“Azərbaycanda IV dalğanın avqustun ortasından sonra baş verməsi gözlənilir”.

Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib. O bildirib ki, IV dalğa zamanı yoluxma sayında daha ciddi artım ola bilər:

“Delta ştammı digərləri ilə müqayisədə minimum üç dəfə daha tez yayılır. Bizdə üç dalğa olub. I dalğada həm hazır deyildik, həm də ciddi qapanmalara getdik. II dalğada isə aktiv yoluxmuş insan sayı 66 minə qədər çatdı, qapanmalara isə 25-30 min nəfərdən sonra gedildi. III dalğada isə dünyanın bir çox ölkəsində qapanma oldu, lakin Azərbaycanda olmadı. Çünki III dalğada aktiv xəstə sayı ən çox 11 minə yaxınlaşdı.

Dövlət yoluxma sürətini təhlil edərək qapanmalara getməyi uyğun görmədi. IV dalğa zamanı isə artıq II dalğada xəstələnmiş şəxslərin immuniteti bitmiş olacaq. Bu isə 100 minlərlə insandır. Həmçinin peyvənd olunmuş insanların da qoruyuculuğu bitəcək və onlar III doza peyvənd vurdurmalıdır.

Azərbaycanda IV dalğa təxminən avqustun ortasından sonra gözlənilir. Hesab edirəm ki, IV dalğa III dalğadan bir az daha güclü olacaq. Qapanmalar, “evdə qal” kampaniyası, iş yerlərinin bağlanması gözlənilir. Biz kifayət qədər yataq hazırlamışıq. Məndə olan məlumata görə, dövlət ciddi şəkildə hazırlıq görüb. Xeyli dərman alınıb, yataq sayları artırılıb, yeni korpuslar açıblar. Hər şeyə hazırdırlar. Buna görə çalışacaqlar ki, bağlamasınlar. Hesab edirəm ki, toylar və digər məclislər bir müddət qadağan olunacaq”.

Qardaşım, nə bilirsən, qanadının altına baxmısan? Delta ştammı bizdə yoxdursa, o nə dalğa söhbətidi eləyirsiniz? Yeri gəlmişkən, o xaricdən gələn 31 nəfər deltalı adamların aqibəti necə oldu? Mənə indiyənə qədər onların Bakıya necə gəlib çıxmalar bir sirr olaraq qalır.Məgər onların gəldiyi ölkələrdə korona testi-filanı yoxdur və necə olub ki, onlar xəstə ola-ola gəliblər? Deməli, bu pasport-filan söhbəti də boş şeydi, bu yalnız insanların əsəbi ilə oynamaqdı.

Səbirli olaq, görək bu 4-cü dalğanın təsirindən özümüzü necə sığortalayaq ki, 5-ci dalğaya da güc gələ bilək.İnşllah, onu da dəf edərik.”İslanmışın yağışdan nə qoxusu” məsəlində olduğu kimi, biz artıq öyrəncəli olmuşuq. Sadəcə olaraq, bunu panika etməyə lüzum yoxdur, necə deyərlər, Allah kərimdi!

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN