...Güya şəhid ailələrinə, qazilərə ürəyi yanan, bu təbəqədən olan insanlara qayğı göstərilməsi üçün gecə-gündüz yollar axtaran, bunun nəticəsi olaraq jurnalistlər üçün tikilən binanın şəhid ailələrinə, qazilərə verilməsi ilə bağlı müraciəti imzalayanlardan biri də Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevdir...
Məsələ ondadır ki, bu "humanist şəxsiyyət" dələduzdur. Bəs Məhəmməd Vəliyev dələduzluğu kimə qarşı törədib? Əfqanıstan müharibəsində canını qurban vermiş azərbaycanlıların ailələrinə və Əfqanıstan müharibəsi veteranlarına qarşı. Məhəmməd Vəliyev dələduzluğu necə törədib?
Prezidentin tapşırığı ilə 2005-ci ilin mart ayında Əfqanıstan müharibəsi veteranlarına fərdi ev tikintisi üçün 10,35 ha torpaq sahəsi ayrılıb. Bu qoçaq Məhəmməd də veteranların dövlət başçısı tərəfindən ayrılan torpaqda ev tikməsinə imkan verməyib, torpağı baha qiymətə başqa şəxslərə satıb.
Qoçaq Məhəmmədin dələduzluğu bununla bitibmi? Xeyir.
O, veteranlara pulsuz verilən avtomobillərə görə onlardan rüşvət yığıb. 42 veteranın hər birindən 1000 manat pul alıb.
Özü də, bu Məhəmməd heç vaxt Əfqanıstana ayaq basmadığı halda, Azərbaycan Əfqanıstan Veteranları təşkilatının rəhbəridir.
Buyurun, Məhəmmədin "qoçaqlığı" barədə xəbəri oxuyun:
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqdirləndirilən 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və həmyaşıdı Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə təşkilatın sədr müavinidir.
Hər iki təqsirləndirilən dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.
Daha əvvəl mətbuatda veteranlar təşkilatın sədr və sədr müavinindən şikayətçi olduqları qeyd edilib.
Şikayətçilər bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.
Onların sözlərinə görə, Prezidentin tapşırığı ilə 2005-ci ilin mart ayında veteranların fərdi ev tikintisi üçün 10,35 ha torpaq sahəsi ayrılıb: "Bizim sosial vəziyyətimizin yaxşılaşdırılması istiqamətində müəyyən tapşırıqlar verilib. Ancaq birliyin sədri Məhəmməd Vəliyev bizim bu imtiyazlardan istifadə etməmizə mane olur. Biz başa düşə bilmirik ki, heç Əfqanıstan müharibə veteranı olmayan bir insan necə birliyin sədri ola bilər. Onlar özlərinə yaxşı biznes qurublar. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satır. Əgər araşdırılsa, torpaq sahiblərinin heç müharibə veteranı olmadığı aydın görünər. Hətta birliyin Dilarə Əliyeva 251 ünvanında yerləşən ofisi də bu yaxınlarda satılıb”.
Şikayətçilər onu da qeyd edib ki, Əfqanıstan müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə dövlət tərəfindən ayrılmış limitlər və yardımlar da sədr tərəfindən mənimsənilib: "11 il ərzində heç bir hesabat müşavirəsi keçirilməyib. Birlik üçün il ərzində nə qədər yardım ayrıldığı da qeyri-müəyyəndir".
Onlar söyləyiblər ki, edirlər ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.
Zərərçəkmişlər 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər. İş araşdırılması üçün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində göndərilib.
İdarədə araşdırma aparılıb, Məhəmmədin əməllərinin üstü açılıb, cinayət işi başlanılıb.
Məhkəmədə qoçaq Məhəmmədin əməlləri sübuta yetirilib. Amma nədənsə hakim Ramella Allahverdiyeva ona şərti cəza verib.
Məhəmməd də birdən dönüb olub "humanist" və gəlib jurnalistlər üçün tikilən binanın şəhid ailələrinə və qazilərə verilməsi ilə bağlı müraciəti imzalayıb...
İmdad ƏLİZADƏ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN