Türkiyədə baş verən zəlzələdə ölən və yaralananların ən azı 90 faizi binaların yerlə bir olması səbəbindən faciə qurbanı olub...

Artıq tam sübut olunub ki, binalar tikinti qaydalarına riayət olunmadan, başdansovdu tikilib. Dağılan bu evləri tikənlərin isə bir çoxu artıq saxlanılıb. Belə ki, Qəhrəmanmaraşda evlərin tikintisinə nəzarət edən bir neçə türk podratçısı Gürcüstana uçmağa cəhd edib. Tezadlar.az İHA telekanalına istinadla xəbər verir ki, bu evlərin bir çoxunun tikintisinin podratçısı olan Yavuz Karakuş və Sevilay Karakuş Gürcüstana qaçmağa çalışıb. Dağıdıcı zəlzələdən sonra cütlük Adıyaman Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində axtarışa verilib. Bazar ertəsi, fevralın 13-də evli cütlük Gürcüstana uçmaq üçün İstanbul hava limanında pasport nəzarətindən keçməyə cəhd edib. Lakin onlar polis tərəfindən saxlanılıb. Sevilay Karakuşun Bakırköy Qapalı Qadın Həbsxanasına, Yavuz Karakuşun isə Mərmərə Həbsxanasına göndəriləcəyi bildirilir. Bundan əvvəl İstanbul hava limanında polis Hatay vilayətində zəlzələ zamanı tamamilə dağılmış yaşayış kompleksinin baş memarı Mehmet Yaşar Coşkunu da saxlayıb.

Bu istiqamətdə araşdırmalar davam etdirilir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN