Qazaxıstanda Nazarbayev və onun ailə üzvləri imtiyazlarından məhrum ediliblər.

Tezadlar.az "Qazaxıstan həqiqətləri"nə istinadla bildirir ki, Prezident Kasım-Jomart Tokayev “Qazaxıstanın birinci prezidenti – Elbası (millət lideri) haqqında” qanunun qüvvədən düşməsi barədə Fərman imzalayıb. Bu barədə Qazaxıstan Respublikası başçısının mətbuat xidməti məlumat yayıb. Bu qanun keçmiş prezident Nursultan Nazarbayevə ömürlük imtiyazlar təmin edən xalq lideri statusunu təyin etmişdi. Xüsusilə, qanun onu həbsdən müdafiə etməklə bərabər, ona və ya ailəsinə məxsus bütün əmlakı toxunulmaz hesab edirdi. 
2022-ci ilin yanvarında Qazaxıstanda hökumət əleyhinə genişmiqyaslı etiraz aksiyaları keçirilib, nümayişçilərin tələblərindən biri Nazarbayevin hakimiyyətdən uzaqlaşdırılması olub. Yayda respublikada Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirilib, nəticədə Nazarbayev və onun ailə üzvləri bir sıra imtiyazlarını itiriblər. Bu ilin yanvarın 10-da isə Qazaxıstan Konstitusiya Məhkəməsi “Birinci Prezident haqqında” qanunun qüvvədən düşmüş hesab edilməsi barədə qərar çıxarıb. Bundan əvvəl, sentyabr ayında Qazaxıstanın paytaxtı Nur-Sultan idi, lakin yenidən Astana adlandırılıb.

Bu da siyasi hakimiyyətdə qalmanın sonu. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN