...Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yenidən sensasion açıqlama ilə çıxış edib. "Payızda mütləq Gürcüstana qayıdacağam", -deyən Saakaşvili biildirib ki, insanlara verilən yeganə perspektiv ölkədən qovulmaqdır... 

 “Gürcüstan xalqı yoxsulluğu aradan qaldırmaq və layiqli həyat istəyir. Xalq bataqlıqda, yoxsulluqda, ümidsiz vəziyyətdə yaşamaqdan yorulub, insanlara verilən yeganə perspektiv ölkədən qovulmaqdır. Bu seçkilər yenə də keçiriləcək və millət və tarix qarşısındakı borcumu yerinə yetirəcəyəm, bu dəfə referendumdan əvvəl Gürcüstana gələcəyəm. İvanişvili bu dəfə gürcü xalqını tapdalaya bilməyəcək, onun hakimiyyəti bitdi”. O, əlavə edib ki, hakim partiya 19 aprel razılaşmasını pozaraq, bir daha məğlubiyyətini bəyan edib: "Dünən, İvanişvili bütün dünyaya aydın bir şəkildə oktyabrdakı referendumda məğlub olacağını etiraf etdi. Onun üzərinə götürdüyü öhtəlik, sadəcə Avropa İttifaqı qarşısında deyil, 2020-ci il seçkilərində səslərini oğurladığı bütün gürcü xalqı qarşısında idi. O, faciəvi şəkildə məğlub olduğunu anladığı zaman, bu öhtəliyini təmamilə ləğv etdi".

M. Saakaşvili həmçinin qarşıda İvanişvilinin planları barədə də iddialı açıqlamalar verib: "Onun planları aydındır. Avqust ayında müxalif mediaları bağlamaq istəyəcək. Bütün dünyanın, həmçinin gürcülərin yarısının ezamiyyətdə olduğu bir vaxtda belə addımlar atılır. Daha sonra isə İvanişvili koronavirus təhlükəsindən istifadə edərək məhdudiyyətlər tətbiq etməyi və xalqı qorxutmağı planlayır. Koronavirusun elə özü də ölkədə süni şəkildə yayıldı. Ötən il rus turistlərini ölkəyə gətirdi və virusu yaydırdı. İndi yenə də həmin ölkədən saxta korona testi ilə kütləvi şəkildə turistləri ölkəyə gətirir. Əvvəlki planını indi, sentyabr və oktyabrda təkrar etmək istəyir. İvanişvili növbədənkənar parlament seçkiləri barəsindəki referendumu ləğv etsə də biz yenə də bunu keçirməliyik. Bu qarşıdakı bələdiyyə seçkilərində baş tutacaq. Bizim Tbilisi və bir çox digər yerlərdə çox yaxşı namizədlərimiz var. Biz çox yaxşı mübarizə aparmalı və hər kəsə göstərməliyik ki, gürcü xalqını qarət edən qruplaşmanın heç bir dəstəyi yoxdur. İnanın, sona qədər mübarizə aparacağam, heç vaxt mənə sadiq qalan yoldaşlarıma xəyanət etməmişəm. Hər şeyi etdik. Uzun müddət çalışdıq, uzun illər itirdik, Gürcüstanın itirmək üçün daha vaxtı yoxdur. Sona qədər gedəcəyik və mütləq qalib gələcəyik. Bu il zəfər ilidir", - deyə M. Saakaşvili bildirib.

Gürcüstan KİV-ləri bu açıqlamanı tirajlamaqda, ölkənin siyasi rəhbərliyi isə bu açıqlamalara reaksiya verməməkdədir. Amma bu zahirən belədir. Şübhəsiz ki, siyasi hakimiyyət deyilənləri cavabsız qoymayacaq...

A.Məmmədli

 

www.24news.ge

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN