Bu gün Medianın İnkişafı Agentliyinin rəhbər heyəti ilə layihə qalibi olmuş onlayn media rəhbərlərinin görüşü keçirildi. Qrup halında təşkil edilən görüşdə 10 saytın rəhbəri iştirak edirdi.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru cənab Əhməd İsmayılov ötən bir ay müddətində onlayn mediada həyata keçirilən layihələrin icra vəziyyətindən, ortaya çıxan, lakin həlli mümkün problemlərdən danışdı, tövsiyyələrini verdi.

Görüşdə iştirak edən sayt rəhbərləri də bu və ya digər istiqamətli fəaliyyətlərindən danışaraq, gələcəkdə daha səmərəli fəaliyyət üçün təkliflərini verdilər.

 “Bizim əsas məqsəd və hədəflərimiz ondan ibarətdir ki, biz dövlət qurumu olaraq çap və ya onlayn mediaya dəstək olaq, problemlərini həll edək. Bunun üçün qapımız hər kəsə açıqdır və bütün media rəhbərlərindən, jurnalistlərdən təkliflər gözləyirik. Birlikdə çalışsaq, mediamızın inkişafında arzuladığımız hədəflərə çata biləcəyik”, -deyən  Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov sayt rəhbərlərini maraqlandıran suallara cavab verdi, qarşılıqlı təkliflər irəli sürüldü. 

Qeyd edək ki, görüşdə “Təzadlar” qəzetinin və eyni adlı saytın baş redaktoru Asif Mərzili də iştirak edib.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN