Ukraynada müharibə başlayandan minlərlə Rusiya vətəndaşı Gürcüstanda nəinki mülk alır, eləcə də ölkə banklarına yatırımlar edirlər...

Ona görə də Rusiya öz vətəndaşlarını Gürcüstana səfər etməkdən çəkinməyə çağırıb.  Tezadlar.az Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadla bildiri ki, artıq belə bir bəyanat aidiyyəti üzrə göndərilib: "Rusiyanın İqtisadi İnkişaf Nazirliyi Rusiya vətəndaşlarını Gürcüstana səfər etməkdən çəkinməyə çağırır. Əgər siz artıq qeyd olunan ölkədəsinizsə, insanların toplaşdığı yerlərdən, xüsusən də Tbilisi və Batuminin tarixi mərkəzlərindən uzaq durun.  Yardıma ehtiyac olduğu halda turistlər üçün “Turdaxmari” Assosiasiyasının telefonu açıqdır. Fərdi səyahət edən turistlər İsveçrənin Gürcüstandakı səfirliyinin Rusiya maraqları bölməsinə müraciət edə bilərlər. İsveçrənin Gürcüstandakı səfirliyi Rusiya Federasiyasının maraqlarını təmsil edir".

Rusiya tərəfinin vətəndaşlara çağırışının son günlər Tbilisi və Batumidə baş tutan etiraz aksiyaları ilə bağlı olduğu da ehtimal edilir. Lakin ekspertlər hesab edir ki, son bir neçə ayda Rusiyalıların Gürcüstana axını, üstəlik, Gürcüstanda yatırım etmələri, daşınmaz əmlak almaları Rusiyanın siyasi rəhbərliyini də ciddi narahat etməkdədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN