İranın iki gün əvvəl Azərbaycan sərhədləri üzərində hərbi təyyarələrlə uçuşlar həyata keçirməsi dünya dövlətlərinin narazılığı ilə müşahidə edilməkdədir...

belə ki, ABŞ Dövlət Departamenti də İran İslam Respublikasına məxsus hərbi təyyarənin Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş həyata keçirməsinə münasibət bildirdi. Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi mətbuat konfransında danışıb. Prays qeyd edib ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçu olub: "Azərbaycan və İrana gəlincə, təbii ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçudur. O, həm yaxın, həm də uzaq qonşularını təhdid edən zərərli işlərlə məşğul olur. Ona görə də biz bu tip gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız ondan ibarətdir ki, bir az əvvəl çox fərqli kontekstdə dediyimiz kimi, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarətdir ki, daha sabit, münaqişəyə və gərginliyə daha az meylli Cənubi Qafqaz regionuna nail olaq”.

Bəli, İranın molla rejimi ölkədəki problemləri həll etmək, kütləvi etiraz aksiyalarının səbəbini araşdırmaq əvəzinə, qonşuları ilə terrorçu dilində danışmaq yolunu tutub. Vaxtilə Səddam Hüseyn, sonralar Qəddafi... belə edirdi. Düşünürdülər ki, dünya sahibsizdir, nə istəsələr edə bilərlər. Artıq dua yazmaqla, millətin başını mənasız röyalarla, cənnət-cəhənnəm qorxuları ilə qatmaq zamanı keçib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN