Xalqımızın müqəddəs Ramazan bayramını Qarabağ vaxtı ilə ürəkdən təbrik edərək keçirəm mətləbə: Telefonuma mesaj gəlib ki, siz avtomobilinizə tətbiq edilən bu cəriməni təcili ödəməsəniz, aprelin 26- da avtomobiliniz həbs ediləcək!(mesajın fotosu təqdim edilir).
İzah üçün: bu cərimə barədə mənə heç bir məlumat verilməyib, təsadüfən özüm bir DYP əməkdaşından öyrənmişəm. Dərhal araşdırdım və əsassız olduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə fotoşəkillərlə şikayət göndərdim. Hələki bununla bağlı mənə heç bir məlumat verilməyib. Niyə məsələ tərəflə araşdırmadan, qayda pozuntusu barədə hansısa məlumatlandırıcı sübutlar tərəfə göndərilmədən dərhal bu Ramazan günündə belə bir hədələyici mesaj göndərilir? Kimdir bu mesaj yazan və ya yazdıran? Bəlkə mən sürücü olaraq araşdırmanın nəticəsindən narazı qaldığım halda məhkəməyə müraciət edəcəyəm!
Sonda: məhkəmə qərarı olmadan avtomobilin üzərinə həbs qoymaq nə deməkdir? Yəni, doğrudanmı qayda tələb edəndə qanunları da nəzərə almaq istəməyənlər vardır?!
Bakıda sürücülərin, o cümlədən sərnişinlərin MTK rəhbərlərinin tamahı, paytaxt meriyası rəhbərliyinin isə idarəetmədəki xaosunun ağrısını illərdir çəkdiyini nəzərə almayanlar var gücü ilə sürücülərin cərimələnməsinə start veriblər... Bu ədalətsizlikdir! Əgər sürücülər bu süni problemləri yaradanların tamahını anlaqlı qarşılayır və səbrlə dözürlərsə, insafı olanlar da kamera arxasaında dayanıb qayda pozanları güdməyindən ləzxət almamalıdırlar... Gündəlik qazancı 10-20-30 manatı keçməyən və saatlarla tıxacda qalıb alternativ yol axtaran sürücünü ( taksilərdən də söhbət gedir) 60-80 manat cərimələmək ən azı lənətlənəsi haldır...
Asif MƏRZİLİ
da37beca-e1ce-4548-a863-65ac9f3f622c
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN