Rəşad Museyib oğlu Məcidov (Məcid) 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 TEZADLAR.AZ  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                             

Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rəşad Museyib oğlu Məcidov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 avqust 2024-cü il

*** 

Qeyd edək ki, Rəşad Məcid 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında  korrektor kimi əmək fəaliyyətinə başlayıb, 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990–1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991–1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib.

1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994–1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur.

2003-cü il martın 15-də keçirilən Azərbaycan Mətbuat Şurasının təsis qurultayında (Azərbaycan Jurnalistlərinin I Qurultayı) Rəşad Məcid qurultayın iclaslarının əsas aparıcılarından biri olub, yeni yaradılan qurumun təşkili və formalaşdırılmasında, hüquqi sənədlərin hazırlanmasında və müzakirəsində fəal iştirak edib. Həmin qurultayda Azərbaycan Mətbuat Şurasının ilk İdarə Heyətinə üzvü seçilən Rəşad Məcid növbəti qurultaylarda da böyük səs çoxluğu ilə İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirib.

Azərbaycan Prezidentinin sərəncamına əsasən, iki dəfə — 2004 və 2008-ci illərdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü olub. Eyni zamanda, iki dəfə — 2016 və 2020-ci illərdə dövlət başçısının sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü təyin edilib, iki dəfə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasında təmsil olunub.

2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında birliyin gənclərlə iş üzrə katibi seçilib. 2021-ci ilin iyul ayından Azərbaycan Yazıçılar Birliyi sədrinin müavinidir.

Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA