Azərbaycan cüdoçusu Nihad Məmişov Perunun paytaxtı Limada yeniyetmələr arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Tezadlar.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Monqolustan təmsilçisinə ipponla qalib gəlib. Beləliklə, o, ikinci dəfə mundialda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

50 kiloqramda mübarizə aparan Məhəmmədəli Hüsiyev isə dünya üçüncüsü olub.

Limada yaşayan azərbaycanlılar yarış zamanı cüdoçularımızı yalnız qoymayıblar. Onlar arenada idmançılarımıza sonadək dəstək veriblər.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN