"Xalq qəzeti"nin şöbə redaktoru İttifaq Mirzəbəyli "Azərbaycan" qəzetinin baş redaktoru, keçmiş deputat Bəxtiyar Sadıqovu, necə deyərlər, quru yuyub, yaş sərib... "Təzadlar" "Sən Heydər Əliyevin dediklərini təkzib edə bilmərsən, Bəxtiyar Sadıqov!" başlıqlı məqaləni olduğu kimi təqdim edir:
"“Azərbaycan” qəzetinin baş redaktoruna bəzi suallar...
Birinci: Sən hansı ağılla özünü ümummilli liderimiz Heydər Əliyevdən üstün tutursan?  Axı Heydər Əliyev 1995-ci ilin avqustunda   “Xalq qəzeti”nin 75 illiyinə”  adlı təbrik məktubunda qeyd edirdi ki, bu qəzet “Kommunist”adıyla nəşr olunanda da xalqa xidmət edirdi, “Xalq qəzeti” adıyla çıxanda da. Yəni səndən fərqli olaraq, ulu öndər  bu qəzetin məhz o qəzetin davamı, varisi olduğunu yaxşı bilirdi. Heydər Əliyevin dediklərini təkzib etməyə girişsən, çox dərinə getmiş olarsan.
İkinci: Sən “Kommunist” qəzeti redaksiyasından əliəyrilik– rüşvət və hədə-qorxu gəlməklə pul tələb etmək  üstündə qovulanda o qəzetin baş redaktoru kim idi? Həmin redaktorun hayıfını Həsən Həsənov və Əflatun Amaşovdan çıxmaq istəyin ( qəzetin 100 və 105 illiyini bu iki redaktor yada salıb) hansı əndazəyə sığır? O vaxt mən bu redaksiyada deyil, Dövlət radiosunda çalışırdım. Sən qovulanda burada çalışanlar deyirlər ki, redaktor onu bir günün içində qovdu və dedi ki, bu redaksiyaya ayağın dəyməsin.
Üçüncü: Doxsanıncı illərin sonlarında siyasətdən yazan jurnalistlərin bəzilərini həftədə bir dəfə Prezident Administrasiyasına çağıraraq dövlətçiliyimizi möhkəmləndirmək məqsədiylə   rəsmi təbliğatın istiqamətlərini göstərirdilər. Mahal İsmayıloğlu Mahir Nəbili ilə məni göndərirdi, Əmir Mustafayev isə başqa bir müxbirlə səni. Sən orada ruçkanın arxasını stola döyə-döyə  dəfələrlə demişdin ki, bu xalqın və dövlətin düşmənləri burada – bu binadadır. Kimləri nəzərdə tuturdun? 
Dördüncü: Mən artıq bir ildir ki, pensiyaya çıxmışam. Üstəlik, dövlət mənə fəxri ad da verib, mənzil də. Yəni hansısa yubileydən gözləyəcəyim yoxdur. Bundan başqa,  “Xalq qəzeti” redaksiyasını və ya Əflatun Amaşovu müdafiə etmək kimi öhdəliyim də yoxdur, istəyim də. 
Amma bilmək istəyirəm, sən –  ağsaqqal həmkarımız son iki ildə “Xalq qəzeti”ndə  müşahidə olunan müasirləşməyə, yeniliklərə, zamanla ayaqlaşmaq üçün atılan addımlara badalaq gəlməklə nə qazandın? Düşünmədinmi ki, orada çalışan onlarca həmkarının əl-qolunu sındırdın, işə maraq və həvəsini öldürdün?  Axı indi milli dövlətçilik naminə siyasi təbliğat məsələsi bizim üçün həmişəkindən daha çox lazımdır. “Xalq qəzeti” həmin təbliğatın önündə getməyi həmişə bacarıb. Niyə mane olursan? 
Biz artıq son otuz ilin mühüm və  yeni dövrünə qədəm qoymuşuq. Dövlət başçımız çox möhtəşəm ictimai-siyasi proseslər və dünya miqyaslı tədbirlər içərisində haqq yolumuzu,  ədalətli mövqeyimizi qorumaqla özünün qətiyyətini, xalqımızın  gücünü nümayiş etdirir. Bir tərəfdən də Makron və makronkimilər qanımızı içməyə hazır olduqlarını göstərirlər. İndi Ermənistanda “Azərbaycanın rəsmi qəzetləri bir-birini didirlər”  manşetli yazılar görünsə , sənə bir konfet göndərən olacaqmı? Yəqin hamı kimi sən də görmüsən. Uzaq yolda maşını xarab olan sürücüyə digər həmkarları səmimi qəlbdən kömək edirlər. Sürücü qədər də peşə təəssübkeşliyin olmadımı? 
Suallar çoxdur. Amma biz Bəxtiyar Sadıqov deyilik ki, öz həmkalarımızın normal iş ahənginə mane olaq...".
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA