Avqustun 27-də gənclər və idman naziri Fərid Qayıbov nazirlik tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsinin qalibi olmuş təşkilatların nümayəndələri ilə görüşüb.

Bu barədə Tezadlar.az-a Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən bildirilib.

Görüşdə nazir qalibləri təbrik edib, uğurlar arzulayıb və qrant müsabiqəsindən gözləntilərini ifadə edib. Daha sonra gənclər təşkilatlarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, gənclər sahəsində fəaliyyət göstərən 75 QHT-nin 9 istiqamət və 31 mövzu üzrə layihə təklifinin dəstəklənməsi təsdiq edilib.

Görüşdə Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov da iştirak edib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN