Deputatlığa namizəd Asif Mərzilinin şikayətinə bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Günel Abbasovanın sədrliyi ilə baxılacaq...

Bu barədə deputatlığa namizəd, Avropa Mətbuat Federasiyasının üzvü, Trtajans Media Holdinqinin Azərbaycan təmsilçisi, jurnalist Asif Mərzili məlumat yayıb. Sitat: "Bildiyiniz kimi, 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd olmuş və 25 illiyinə Deputat etdirilməsinə cəhd olunan Bəxtiyar Əliyev Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyevin iştirakı ilə seçki təbliğatında inzibati resurslardan sui-istifadə edirdi, qanunu kobud surətdə pozurdu. Bu isə Azərbaycan Seçki Məcəlləsinin 55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərinin ciddi şəkildə pozulması idi.  119 saylı Dairənin sədri Sahil Əliyev isə təbii ki, atası-Ağdam RİH başçısının 1-ci müavini Allahverən Əliyevə qarşı tədbir görə bilməzdi. Axı Allahverən Əliyev və rayon rəhbərliyi 20 il Ramiz Mehdiyevin Ağdamdan deputat etdiyi Bəxtiyar Əliyevi indi də bu səviyyədə dəstəkləyib Ramiz Mehdiyevin arzusunu reallaşdırmağa var qüvvə ilə çalışırdı... Elə bu səbəbdən Sahil Əliyev qanunsuz edərək seçkinin nəticələri barədə nə dairənin qərarının, nə də məntəqələrin protokollarının surətini mənə vermir. Halbuki Seçki Məcəlləsinə görə bu onun birbaşa vəzifəsidir. Mən hələ seçki təbliğatı zamanı müşahidəçilərimə, eləcə də seçki günü nümayəndələrimə, qohumlarıma edilən təzyiqləri demirəm... Onların adlarını cənab Prezident İlham Əliyevə müraciətimdə qeyd edəcəyəm. Bu məmurlar Prezidentin Qarabağdakı sözlə ifadəsi mümkünsüz olan tarixi qələbəsinə niyə seçki saxtakarlığı ilə kölgə salmaq istəyirlər??? Bütün bunlar barədə MSK rəhbərliyinə dəfələrlə şikayət etsəm də, xeyri olmamışdır deyə, məhkəmədə iddia qaldırmalı oldum. Bu gün həm də Bakı Apellaysiya Məhkəməsində hakim Günel Abbasovanın sədrliyi ilə şikayətimə baxılacaq. Şikayətimin əsas məzmunu Ağdamda Bəxtiyar Əliyevin xeyrinə edilmiş seçki saxtakarlığıdır... Məhkəmədən xahiş etmişəm ki, MSK rəhbərliyinin üzərinə 119 saylı Dairənin Bəxtiyar Əliyevin yüksək səs toplaması barədə qanunsuz və əsassız qərarının və 68 məntəqənin protokollarının surətinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilsin. İnanıram ki, bu işdə günahkar olan məmurlar ciddi cəzalandırılacaq və Bəxtiyar Həmzə oğlu Əliyevin xeyrinə edilmiş seçkilərin nəticəsi sonda ləğv ediləcək, təkrar seçkiyə gediləcək...".

Elçin Məmmədli

P.S. Yeri gəlmişkən, Ağdam RİH başçısının 1-ci müavini Allahverən Əliyevin oğlu dairənin sədri, qızı isə 50 saylı məntəqənin sədridir. Bu isə o deməkdir ki, məntəqə sədrinin, eləcə də RİH başçısının 1-ci müavininin yol verdiyi nöqsanlar və qanun pozuntularına qarşı hər hansı bir tədbir görülməyəcək. "Korrupsiya haqqında" qanun da məntəqə sədri olan bacının dairə sədri olan qardaşın tabeliyində olmasını inkarlayır...

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA