Yazıçı Fyodor Dostoyevskinin yeganə nəvəsi Dmitri Dostoyevski 79 yaşında Sankt-Peterburqda vəfat edib.

Tezadlar.az bildirir ki, bu barədə sentyabrın 4-ü axşam yaxınları məlumat verib.

“Əziz dostlar, dostların dostları və Dmitri Andreeviçin abunəçiləri! Bu gün babamız dünyasını dəyişdi. Allahın xidmətçisi Dmitri üçün dua edin. Şükürlər olsun ki, babamız sizin çoxunuzun babası olub”, – deyə Dmitri Dostoyevskinin səhifəsində məlumat verilib.

İlkin məlumatlara görə, yazıçı yuxuda olarkən ölüb.

Dmitri Dostoyevski həyatı boyu vaqon sürücüsü və gəmi kapitanı da daxil olmaqla 20-yə yaxın peşəni dəyişib. O, filmlərdə rol alıb, kitablar yazıb. Təqaüdə çıxmazdan əvvəl o, tramvay sürücüsü olub, marşrutu məşhur ulu babası ilə əlaqəli xatirə yerlərindən keçib.

Bundan əlavə, Dostoyevskinin nəvəsi ətrafına sadiq pərəstişkarlarını toplayaraq, insanlara düzgün məhsul yetişdirmək və göbələk yığmaq barədə məsləhətlər verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA