Tərtərdə ANAMA əməkdaşlarından üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb və həyatlarını itirib. Çox ağır bir faciə oldu.

Bunu deputat Razi Nurullayev parlamentdəki çıxışı zamanı bildirib.

“Bu faciəvi ölüm ən ağır, ən təhlükəli işlə məşğul olan ANAMA və əməkdaşları ilə bağlı sosial qayğının, əmək haqqının, sığorta və onların ölümündən sonra özlərinə və ailə üzvlərinə hansı münasibətin sərgilənməsi məsələsini gündəmə gətirir”, - deyə  o qeyd edib.

 Deputat ANAMA əməkdaşları arasında yaxınlarının da olduğunu və onların bəzi narahatlıqlarını da diqqətə çatdırıb. Onun sözlərinə görə, onların əmək haqlarının artırılması və vəzifəsini yerinə yetirərkən həlak olanlara isə şəhidlik status verilməsi məsələsin də baxılmalıdır.

“Burada bir neçə yanaşma ola bilər. Mənim ANAMA və əməkdaşları ilə yaxın münasibətim var, orada işləyən tanış və dostlarım var, onlar narahatlıq və fikirlərini mənimlə bölüşürlər. ANAMA əməkdaşlarının əmək haqqına gərək yenidən baxılsın, bir də onların ölümündən sonra şəhidlik statusunun verilməsi məsələsi gündəliyə çıxarılsın.

Bir ailə öz ailə başçısını itirirsə və bu işğaldan azad olunan Qarabağda vəzifə borcunu yerinə yetirən zaman baş verirsə, o zaman elə bu şəhidliyə bərabər tutulmalı məsələdir.

Təklif edirəm ki, ANAMA işçilərinin əmək haqlarının artırılması, onlara və ailə üzvlərinə güzəştlərin nəzərdə tutulmasını, həlak olan əməkdaşlarının isə şəhid statusuna bərabər tutulmasını təklif edirəm”, - deyə Razi Nurullayev nəzərə çatdırıb.

 

JASMİN

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN