...Bu günlərdə adını çəkmək istəmədiyim bir hakimin ədalətsiz qərarının müzakirəsində təsadüfən iştirak etməli oldum...

Söhbət əsnasında həm də başqa bir hakimin yuxarıdan gələn tapşırığa baxmayaraq qanunların praktik tətbiqindən daha çox, hakimin daxili inamına söykənərək qəbul etdiyi ədalətli qərarından gedirdi... Uzun sözün qısası, qızğın və obyektiv müzakirə getdi... Hazırda hakim vəzifəsində çalışanlardan biri heç bilirsiz sonda nə dedi: "...Qoy hakimlərimiz ağsaqqalımız, hakimliyin hörmətini ucalıqlara qaldıran, o səviyyədə saxlayan İkram Kərimovdan halallıq və dərs alsınlar...".

XXX
...Və sonra daha ətraflı öyrəndim ki, İkram Kərimov, əslində, kimdir... Gizlətməyim, İkram Kərimovu ən azı mənim kimi az-çox praktik təcrübəsi olan jurnalistin yaxından tanımaması günah olardı... Amma etiraf edim, bu KİŞİNİ ən azı 30 ildir daha yaxından tanıyıram... Nəinki tanıyıram, Azərbaycanın hüquq məktəbinin və hüquq ictimaiyyətinin ustad kimi qəbul etdiyi İkram Kərimov, sən demə, gerçəkdən bir məktıbdir... Və hər bir hüquqşünasın öyrənməli, öyrətdiklərini isə öyrətməlilərinə öyrətməli olduğu bir ustad-peşəkar akademik məktəbdir!

Mənə isə qısa və konkret olaraq o qalır ki, ustada uzun ömür və can sağlığı arzulayım. Çünki özü məktəb olan ustadın başqa təqdimatına zərurət qalmır...

Asif MƏRZİLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN