Dövlət Statistika Komitəsinin çəlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında ölkə üzrə quş əti də daxil olmaqla diri çəkidə 187,3 min ton ət, 697,6 min ton süd, 726,5 milyon ədəd yumurta və 2,1 min ton yun istehsal edilib.

Hansı ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı üzrə 3,1 faiz, süd istehsalı üzrə 1,8 faiz, yumurta istehsalı üzrə 13 faiz artım deməkdir.

Bəs niyə bu qədər artıma nisbətən qeyd edilən məhsullar eyni dövrlə müqayisədə ucuzlaşmaq əvəzinə, bahalaşmağa doğru gedir. Ətin bahalaşması isə kosmik sürət götürüb.Sümüklü mal və qoyun əti hazırda paytaxtda fəaliyyət göstərən qəssabxanalarda sürətlə bahalaşmaqdadır: mal əti 14.50, qoyun əti 18.50... Mal ətinin sümüksüzünün qiymətindən isə danışmağa dəyməz. Bu hələ ortalama rəqəmdir və bu qiymətlərin ucuzlaşacağı barədə optimist danışmaq olmur.

...Əksəriyyət yay mövsümünə doğru gedildiyinə görə şükr edir – tərəvəzlərlə baş girləyəcəklərini düşünürlər. Amma belə görünür ki, bu gedişlə satıcılar, tədarükçülər tərəvəzlərin də qiymətini ətin qiymətinə baxıb nizamlayacaqlar...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN