Rusiya Xarici İşlər Nazirliyi Ermənistanı günahkarlar axtarmamağa, Moskva, Bakı və İrəvanın üçtərəfli razılaşmalarına əməl etməyə çağırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistanın 2020-ci ilin payızında baş verən hadisələrə görə günahkarlar axtarmasını dayandırmasının və diqqətini üç dövlətin liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinə yönəltməsinin vaxtı çatıb.

Diplomat bu cür sualları buna cavab tapa biləcək tarixçilərin öhdəsinə buraxmağı təklif edib. O, vurğulayıb ki, 2020-ci ildə Cənubi Qafqazda münaqişənin sona çatmasına Rusiyanın töhfəsi kağız üzərində yazılıb.

Siyasətçinin sözlərinə görə, Ermənistan parlamentində 44 günlük müharibənin hadisələrinə həsr olunmuş iclasda Paşinyan özünə haqq qazandırmaqdan başqa heç nə etməyib. Zaxarova əlavə edib ki, hadisələr Ermənistanın öz daxilindəki siyasətlə bağlıdır.

O, həmçinin Ermənistan tərəfindən Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə pis təsir edən müqavilələr üzrə fəaliyyətlərdə fasilələrlə məşğul olmamağı tələb edib.

Xatırladaq ki, Ermənistan ordusunun 12 600 hərbçisinə qarşı 1600-ə yaxın cinayət işi açıb.

Bəli, Ermənistan 44 günlük müharibədə Azərbaycan qarşısında biabırçı çöküşündən sonra hərbçiləri arasında "günah keçisi" axtarmaqdansa, üçtərəfli bəyanatın müddəalarına əməl etməyə başlasa yaxşıdır. Çünki öz ordusunun da, Azərbaycan ordusunun da nəyə qadir olduğunu gördü və bu ona tarixi dərs olmalıdı. Dərs olmalıdı ki, bir daha özgə torpaqlarını yağmalamaq uğrunda döyüşçü toplamağa çalışmasın - döyüş meydanından qaçan minlərlə fərarisi də olmasın!  

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN