Papoyan ermənilərin sülh istədiyini və buna görə də təxribatları dayandırmağın vaxtı çatdığı barədə araqatanlara mesaj göndərib...

 Erməni deputat bəyan edib ki, Ermənistan öz təhlükəsizliyi naminə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olub.

Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasından olan deputat, maliyyə-kredit məsələləri üzrə komissiyanın rəhbəri Gevorq Papoyan bildirib ki, İrəvan sülh naminə Qarabağ iqtisadi rayonunu Azərbaycanın tərkib hissəsi kimi tanımalı idi.

 O, ermənilərin diqqətinə çatdırıb ki, Ermənistan regiona sabitlik gətirəcək addımlar atmalıdır. Eyni zamanda, erməni deputat vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı qərarın tərəflər arasında danışıqlara imkan yaradacaq.

 Papoyanın sözlərinə görə, erməni xalqı sülh istəyir, ona görə də danışıqlar aparmaq lazımdır.

Həmçinin qeyd edib ki, bütün bunları həyata keçirmək üçün hər hansı təxribatçı manevrləri də dayandırmaq lazımdır.

Əlbəttə, Azərbaycan xalqı da təxribatlara son qoyub sülhə gələni sülhlə, silahla gələni də "Dəmir yumruq"la qarşılamağa həmişə hazırdır!

Yetər ki, verilən sözlərin arxasında da yeni-yeni təxribatlar dayanmasın...

 

Y.MƏMMƏDLİ 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN