Əli və gümanı Moskvadan üzülən Paşinyan bu dəfə Gürcüstanda səfərdə oldu və gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşüb.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb. Bildirilib ki, hökumət başçıları təkbətək görüş zamanı iki ölkə asında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın dinamikasını müzakirə ediblər. Görüşdə həmçinin regionda və dünyada təhlükəsizlik mühiti və çağırışlar nəzərdən keçirilib. Qaribaşvili bildirib ki, dinc qonşuluq təşəbbüsü çərçivəsində Gürcüstan regionun sülh yolu ilə inkişafı üçün səylərini yönəltməyə hazır olduğunu bildirməkdə davam edir. Müzakirələr zamanı ticarət və iqtisadi məsələlərə diqqət yetirilib. Baş nazirlər ölkələr arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə keçirməyə hazır olduqlarını bildiriblər. Təkbətək görüşdən sonra İrakli Qaribaşvili və Nikol Paşinyan geniş tərkibdə ölkələr arasında əməkdaşlığın dinamikasını müzakirə ediblər. Müzakirə olunan məsələlər arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlığın istiqamətləri də olub. Ölkələr arasında nəqliyyat, ticarət, enerji, mədəniyyət və digər istiqamətlərdə əməkdaşlığın müsbət dinamikası vurğulanıb. Gürcüstan və Ermənistanın Nazirlər Kabinetinin üzvlərinin iştirak etdiyi görüşdə, Gürcüstan və Ermənistan Respublikası arasında əlaqələrin möhkəmləndirilməsi üçün mühüm platforma olan iki ölkənin hökumətlərarası iqtisadi komissiyasının rolu vurğulanıb.

 Ermənistan KİV-ləri isə yazır ki, görüşdə Qarabağla bağlı müzakirələr də edilib. Lakin Gürcüstan hökumətinin başçısı bu müzakirələrin Azərbaycanla bağlı olduğunu əsas gətirərək mediada ictimailəşməsini məqbul saymaylb...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN