Kolbasa və sosiska istehsalçılarının ardınca, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi məqsədilə daha bir araşdırma aparıb...

Bu dəfə ölkədə emal olunan qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirləri davam etdirilib. Amma məlum olur ki, hələ də pul qazanmaq üçün insanları aldadan, fırıldaqçılıqla məşğul olanlar, suya da əl bulayanlar var... Məsələn, "Mineral Sular" MMC “Vita 1000” adlı su qablaşdırır. Məlum olur ki, bu su heç də keyfiyyətli sayılmayan "Oğuz-Qəbələ-Bakı su kəməri"ndən götürülür, amma "Qaz vurub qazan doldurmaq" istəyən MMC rəhbərliyi həmin qabların üzərinə "Böyük Qafqaz sıra dağları" və "təbii mineral süfrə suyu" qeyd edir. Bu, istehlakçıları aldatmadır və qanuna görə mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Ona görə də AQTA MMC rəhbərini məcbur edib ki, "Böyük Qafqaz sıra dağları" və "təbii mineral süfrə suyu" sözləri qabların-məhsulların üzərindən çıxarılsın, suyun mənbəyi "Oğuz-Qəbələ-Bakı su kəməri" yazdırılsın!!! 

Axı bu nə kələkbazlıqdır? 1 litri 60-70 qəpiyə satılan sudan qazandıqları bəs deyil, hələ bir aldatmalara da gedirlər. Hansi ki, həmin kəmər dövlət büdcəsindən ayrılan milyardlarla dollar vəsait hesabına ərsəyə gəlib. Deməli, dövlətin pulu ilə çəkilən kəmərin suyuna şərik çıxma var...

"Təzadlar" 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN