Yaxud, «Mingəçevir işıqları" niyə şəhərin qaranlıq küçələrindən də yazmır???

…Bu günlərdə yolum Mingəçevirə düşmüşdü. Tanış-biliş başıma yığışdı, söhbət şəhərin aşıb-daşan problemlərindən düşəndə dilim dinc durmadı, dedim, axı sizin «Mingəçevir işıqları» adlı qəzetiniz var və səhv etmirəmsə, hətta redaktoru Fərman Nəbiyev Əməkdar jurnalistdir… Niyə ona müraciət etmirsiniz? Dərdinizi danışmaq da pulla deyil ki?! Danışın, dərc etsin, ola bilər başçının başı qarışıqdır, bu dərd-sərdən xəbərsizdir… Başladılar, nə başladılar… Onların dediklərini bu cür formalaşdıra bildim: «Hörmətli Fərman müəllim! Biz Mingəçevir sakinləri Sizə müraciət edirik. Axı jurnalistlərin gözü iti olur, rəhbər və məsul şəxslər şəhərin boğaza dirənən, aşıb-daşan problemlərini «görməyə» bilər. Amma Siz ki görməlisiniz. Yaxud, ola bilməz ki, görməyəsiniz… Məsələn, Mingəçevir şəhər İH-də Milli Mətbuat günü tədbiri keçiriləndə başçı Sizə «Təşəkkürnamə»  və ya «Fəxri Fərman» vermişdi. Siz də bu mükafatı özünüzün sosial platformanızda yayımlamışdınız. Başçı şəhərin problemlərini görməməzliyinizə görə Sizi təşəkkürləmişdi, yoxsa başqa nəyəsə görə?! Axı qəzetin adı «Mingəçevir işıqları»dır. Necə ola bilər ki, şəhərin küçələri gecələr qaranlığa qərq olur, amma bu şəhərdə «Mingəçevir işıqları» adl qəzet çıxır! Bu ki lap təzaddır!

 Etibar Pirverdiyevin 2000-2001 və 2002- ci illər ərzində 8 min energetikin staja görə verilməli olan milyonlarla ölçülən 14-cü əmək haqqlarının mənimsəməsindən yazmırsız, bunu Sizə bağışlayırıq. Amma nəzərə alın ki, «Azərbaycan» qəzetinin 2005-ci ilin may buraxilışlarının birində 2000 işçisi olan Azərbaycan İES-in işçilərinin Prezident İlham Əliyevə bu məzmunlu şikayəti  işıqlandırılmışdı. Amma Siz ordan-ora susdunuz.

Yaxşı, bəs Mingəçevir sakinlərinin yaşadığı  binaların altını çirkab suları gölməçələrə döndərib, qurbağalar üçün rahat məkan yaradılıb, onu da işıqlandırmırsınız, bunu da sizə keçirik. Hansı ki, Sizin rəhbəri olduğunuz qəzet redaksiyasında olmuşuq, demişik.

 Amma bir məsələni Sizə bağışlamırıq. O da uzun illərdir rəhbəri olduğunuz «Mingəçevir işıqları» qəzetinin adı ilə Mingəçevirin qaranlıq küçələrinin təzadlılığıdır. Ya qəzetin adını dəyişin, ya da problemlərə jurnalist mövqeyinizi. İnciməyin, bilirik ki, bizdən inciməyəcəksiniz, çünki bu problemləri Siz də bizimlə birgə yaşayırsınız. Allahın əmanətində olun. Hörmətlə: Mingəçevirin bir qrup sakini».

Qələmə aldı: Xəyyam  Qurbanlı

ming-1

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN