Bu gün Marneuli şəhərinin Yağlıca küçəsinin (Elavator yolu) sakinləri etiraz aksiyası keçirirlər.

Tezadlar.az 24News.ge-yə istinadla bildirir ki, aksiya iştirakçıları ərazidəki yolu bağlayıblar. Sakinlərin sözlərinə görə, onların həm içməli su, həm də yol problemləri mövcuddur. Aksiya iştirakçıları yerli hökumət nümayəndələrini əraziyə gələrək problemin həlli üçün onlara söz vermələrini tələb edirlər, əks təqdirdə isə yolu açmayacaqlarını bildirirlər. Hazırda aksiyanın baş tutduğu əraziyə polis-patrul xidmətinin əməkdaşları da gəlib. Qarşıdurmanın yaranmaması üçün hüquq mühafizə xidmətinin və yerli bələdiyyə rəhbərliyinin birgə danışıqları aparılır...

Bu cür etirazlar artıq neçənci dəfədir baş verir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN