...Talibanın uzun illər SSRİ-nin, sonralar ABŞ-ın qanlı müharibələrlə Əfqanıstanda ələ keçirə bilmədiyi hakimiyyəti demək olar silahsız ələ keçirməsi dünyanı silkələyib.

ABŞ-da, Rusiya da bu hakimiyyəti ələ keçirmə texnologiyasını saf çürük edirlər. Hər iki ölkənin mətbuatı bu mövzuda yazhayazdadır... Amma Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili maraqlı proqnoz və açıqlamalar verib. "Onların növbəti hədəfi Mərkəzi Asiya olacaq". Bu barədə danışan eks-prezident Mixail Saakaşvili Əfqanistanda baş verənləri şərh edərkən belə deyib. O, baş verənlərlə bağlı əvəlcədən proqnoz verdiyini də qeyd edib: “Onların növbəti hədəfi Mərkəzi Asiya olacaq. Orada isə təkcə devrilməyə hazır olan rejimlər yoxdur. Burada həm də Rusiya üçün cənubdan islamın böyük hücum dövrü görünür. Hələ 10 il əvvəl deyirdik ki, amerikalılar Əfqanıstandan gedən kimi əfqan hökuməti devriləcək və taliblər maksimum bir neçə aya tam qələbə qazanacaqlar. Təəssüf ki, mən haqlı çıxdım”, – deyə Saakaşvili bildirib.
Deməli, Rusiyanı cənubdan izləyəcək islamın içərilərə doğru irəliləyəcəyi düşündürücüdür. Deməli, Rusiya islamofobiya siyasətindən əl çəkməlidir. Jirinovski kimilərin boşboğazlığına son verilməlidir.
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN