..Gürcüstan KİV-ləri məlumat yayıb ki, 18 avqust tarixində Marneulidə Tasua yürüşü baş tutacaq...

Sitat: "Hər il olduğu kimi bu ildə Məhərrəm ayının 9-da Marneulidə Tasua yürüşü baş tutacaq". Bu barədə "Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi"nin sədri və şeyxi Mirtağı Əsədov məlumat verib. O, qeyd edib ki, bu il pandemiya səbəbindən mərasim xüsusi qaydada keçiriləcək: "Ötən il olduğu kimi, Tasua mərasimi bu il də pandemiya zamanına təsadüf etdiyi üçün, çalışırıq ki, daha ehtiyatlı yanaşaq və tibbi tövsiyələrə əməl edərək mərasimi keçirək. Biz səhətində problem olan və xəstə olan insanlardan xahiş edirik ki, bu yürüşdə iştirak etməsinlər və mərasimə qatılan əzizdərdən isə əsas xahişimiz odur ki, tibbi maskadan istfadə etsinlər. İmam Hüseyn (ə) aşiqlərinin Marneulidə qatılacağı Tasua yürüşü saat 10:00-da Əhli-Beyt cəmiyyətinin qarşısında başlayacaq və saat 11:00-da İmam Əli (ə) məscidinin qarşısına doğru hərəkət ediləcək", - deyə M. Əsədov bildirib. Bəs Tasua nə deməkdir? “Tasua” Məhərrəm ayının doqquzuncu günü kimi nəzərdə tutulur. Hicri qəməri təqvimi ilə 61-ci ilin Məhərrəm ayının doqquzunda (Tasuada) Kərbəla çölündə İmam Hüseyn (ə) və onun yaxınları Ömər ibn Sədin (lən) qoşunları tərəfindən mühasirəyə alınıb. Həmçinin həmin vaxt Peyğəmbərimizin (s) Əhli-beytindən olan İmam Hüseyn (ə) və onun yaxınlarının üzünə su yolları bağlanıb.

Yaxşı bəs Tasua-nın Gürcüstana və ya Marneuli müsəlmanlarına nə aidiyyəti? Bu cür sualla sosial şəbəkə istifadəçiləri suallar verirlər?

 Suallardan biri də budur ki, 1992-ci ilin soyuq fevral günündə ermənilər Xocalıya qəflətən hücum edərək 633 nəfəri qətlə yetirib soyqırım törətdi, çoxsaylı ipnsanlar yaralandı, itkin düşdü. Niyə müsəlmanlarımız həmin tarixdə belə bir yürüş təşkil etmirlər???

Sosial şəbəkə istifadəçisi Həmin Ormanlı isə yazır: «İşğal necə olur əziz soydaşlar? Mənim üçün Marneulini (təkcə oranımı?) İran işğal edib... Gürcüstan dövlətinin razılığı ilə işğal edib. Rusiyanın tapşırığı ilə işğal edib. Öz eloğlularımızın yeyilmiş qafaları hesabına işğal edib. Dəstə-dəstə uşaqların sinələrinə, başlarına, gözlərinə döyə-döyə mərsiyələr deyə-deyə gəzmələrinə az qala hər kənddə rast gəlmək olar. Bu gün Borçalı türkünü dini tiryək girdabına sürükləmək sanki Gürcüstanın dövlət siyasətinə çevrilib. Zaur Darğallıya, arxasınca getdiyi bayraqlara baxın. Heyif Sizdən Borçalı türkləri. Yüz illərin anrı üzündən üzü bəri arı-duru yol gəlirdin, birdən- birə nə oldu Sənə. Gül kimi Nəqşibəndiydin. Nə sünnüyəm, nə şiyə müsəlmanam, müsəlman deyirdin. İndi kənd -kəndə, qardaş-qardaşa məzhəb gözüynən baxır....

Ay Azərbaycan hökuməti, hanı Sənin Borçalıya yönəlik milli, idealoji və strateji təhlükəsizlik konsepsiyan? Ay bığlı-saqqallı el ağsaqqalları, ay ziyalılar, ay yazıçılar birliyinin üzvüləri, ay jurnalistər birliyinin üzvləri, ay qoşma qoşanlar, ay gəraylı deyənlər, ay bayatı çağıranlar, ay qalusdux taxanlar, ay partiya fəalları, ay təşkilatı olanlar, kənddə-kəsəkdə söz yeridə bilənlər, deputatlar... hanı sözünüzün qüdrəti? Bu gün Borçalıya təpər lazımdır, təpər. Buraxın boş boş işlərin başını… Vaxtdır oyan!

Dinsizlər dinə çəkdilər,

Dində məni öldürdülər.

Ölüm ömürdə bir olar,

Gündə məni öldürdülər.

Ruhun şad olsun Akif Səməd2.

Digər bir sosial şəbəkə istifadəçisi isə yazır: «Həmid qardaşım, bu bir dövlət proqramıdır, İran və Gürcüstan dövlətlərinin proqramları. Azərbaycan hakimiyyəti bu məsələdə həmişəki kimi gözləmə mövqeyindədir. Amma vəziyyət get- gedə Borçalıda iranlaşmağa doğru gedir. Sadaladığın qurumların, qurupların, şəxslərin bu məsələnin qarşısında durması şəxsi təşəbbüslər formasında olduğu üçün əhəmiyyətsiz görünür. İran Borçalıya beyinləri yumaq üçün çoxlu pullar buraxır. Ehtiyac içərisində olan cahil insanlar isə İranın xüsusi adamlarının toruna düşərək bu cahilliyi din hesab edir, daha çox cahilin bu sahəyə cəlb edilməsi üçün əl-ələ verirlər. Burada Türkiyənin də rolunun zəif olduğu göz önündədir. Niyə İran farsları Borçalıdakı türk toplumu ilə iş apara bilir, Türkiyə isə öz soydaşları ilə yox? Suallar çoxdur. Biz bu suallara cavab düşünənə qədər İran öz işini görməkdədir…».

Çətin suallardır və həm də ciddi, rəsmi cavab istəyir…

A.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN