...Əsasən Qərb mətbuatına istinadən müxtəlif yazılar hazırlayıram, onları müxtəlif saytlara göndərirəm.
 Əksər saytlar pulsuz-parasız hazırladığım həmin yazıları verir. Hər birinə minnətdarlığımı bildirirəm. Var olsunlar.
Əvvəl hazırladığım yazıları kütləvi şəkildə bir çox sayt öz adından təqdim edirdi. İndi daha bunu etmək xeyli çətindir. Çünki eyni yazı eyni gündə bir çox saytda gedir. Ancaq yenə də mənim yazılarımı öz adına çıxanlar var. Xırda-para saytları keçirəm. Düşünün ki, son dərəcə iddialı bir sayt olan “Qafqazinfo.az” belə bu kimi yaramazlıqlara əl atır. Deməli, “The Daily Mail” qəzetinə istinadən hazırladığım “Ölmüş iş adamının şiri Azərbaycandan Cənubi Afrikaya aparıldı” adlı yazı təqdim etmişəm. Bir çox sayt həmin yazını verib. “Qafqazinfo.az” saytı da “The Daily Mail” qəzetinə guya istinad edərək xəbər hazırlayıb. Axı niyə özünüzə zülm edirsiz? Onsuz da bu yazıları bütün saytlara pulsuz verirəm. Siz də həmin yazıları vermək istəyirsiz, lap yaxşı, deyin, həmin yazıları sizə də göndərim. Niyə axı saxtakarlıq edirsiz? Başqasının haqqına girirsiz. Faktiki olaraq oğurluq edirsiz. Belə şeyləri özünüzə necə yaraşdırırsız? “Ayıb olsun”dan başqa deyiləsi bir şey qalmır...
Təqdim etdiyim bu foto “The Daily Mail” qəzetinə məxsus deyil. Bu fotonu mən "protectallwildlifeblog.com" saytından götürmüşəm. Bu işi araşdırarkən başqa saytlara da baxmışam. Mustafası o ki, “Qafqazinfo.az” “The Daily Mail” qəzetinə istinadən yazı hazırlaya bilsə də (hərçənd mən buna ciddi şübhə edirəm. Çünki sizin xəbərdə mənim cümlələrim yer alır) həmin fotonu verə bilməzdi. Çünki “The Daily Mail” qəzetinin təqdim etdiyi məqalədə elə bir foto yoxdur.
Cinayət varsa, haradasa cinayətin izi qalır. Bu sadə həqiqətdən hələ də xəbər tutmamısız?...
Nə isə, Allah Şərə lənət eləsin...
Elbəyi HƏSƏNLİ,
İSVEÇRƏ, SÜRİX
P.S.Bu da mənim yazım: "“The Daily Mail” qəzeti yazır ki, Azərbaycandakı zooparkda tərk edilmiş Ruben adlı şir heyvan sevərlər tərəfindən Böyük Britaniyaya məxsus “Animal Defenders International” təşkilatının köməyi ilə 22 saatlıq uçuşdan sonra Cənubi Afrikaya çatdırılıb. 15 yaşlı Ruben Azərbaycanda bir biznesmenə məxsus olub. İş adamının ölümündən sonra şir zooparkın bir küncündəki dar qəfəsdə 6 il ərzində tək qalıb. Heyvanın qidalanması aşağı səviyyədə olub...  
Nəsə, bu məsələ mənə maraqlı gəldi. Araşdırdım. Məlum oldu ki, söhbət Qarabağ ermənilərinin nəzarəti altında olan zooparkdan gedir. İş adamı da ermənidir. Şirin Ruben adını daşıması da bu səbəbdən qaynaqlanır.  
Əlbəttə, “The Daily Mail” qəzetinin Qarabağı Azərbaycan torpağı kimi təqdim etməsi çox yaxşıdır. Ancaq məqalədə ən azı bir yerdə qeyd olunmalıydı ki, söhbət ermənilərin nəzarəti altında olan ərazidəki zooparkda saxlanılan heyvandan gedir. Ruben Qarabağdan böyük ehtimal ki, mart ayında Laçın buraxılış-keçid məntəqəsindən keçərək İrəvana aparılıb. Bu əməliyyata 9 saat vaxt sərf olunub. Bir müddət İrəvanda saxlanılan Ruben Qətər Hava Yolları vasitəsi ilə mənzil başına çatdırılıb.  
Azərbaycanın belə bir məqamı əldən verməsi təəssüf doğurur. Çünki bu fakt Azərbaycana ciddi təbliğat imkanları verə bilərdi. Bir şiri adam kimi saxlaya bilməyən Qarabağ erməniləri hansı dövlətdən danışırlar?... “Animal Defenders International”-ın prezidenti Jan Creamer deyir: "Ruben həyatında ilk dəfə dəmir qəfəsdən çıxaraq çəmənlikdə yeriyəndə (Cənubi Afrika meşəsində) göz yaşlarımızı saxlaya bilmədik". “The Daily Mail” qəzeti onu da vurğulayır ki, Rubenin xilas olunmasında onların da xüsusi rolu var. Belə ki, qəzet bu barədə dəfələrlə yazıb".
 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN