Amerika Erməni Milli Komitəsi (ANCA) jurnalistlərdən Ermənistan barədə reportajları pulla almağı təklif edir.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə kolumbiyalı jurnalist Roberto Trobax Ernandes özünün "X" səhifəsində yazıb.

Belə ki, ANCA nümayəndələri ona Ermənistana səfəri və orada qalması, eləcə də, telereportaj və məqalələr üçün lazım olan bütün xərcləri ödəyəcəyini təklif edib.

"Mənim Azərbaycan xalqı və hökumətinə sədaqətimi və onlarla olan dostluğumu bir neçə min dollara almaq və ya satmaq mümkün deyil", - jurnalist bildirib.

Qeyd edək ki, 2021-ci ilin iyul ayında Ernandes Şuşa şəhərinə və erməni işğalından azad olunmuş Azərbaycan torpaqlarına səfər edərək, gördüklərini sadə kolumbiyalılara çatdırıb. Aydın görünür ki, bu, erməni diasporunun xoşuna gəlməyib və onların nümayəndələri jurnalisti satın almağı sınamaqdan yaxşı bir şey fikirləşməyiblər.

Xatırladaq ki, ANCA nümayəndələri tez-tez sosial şəbəkələr vasitəsilə rəsmi Bakıya qarşı hədə-qorxu kampaniyaları həyata keçirir. Bu üsul Ermənistan dövləti, lobbisi üçün heç də yad üsul deyil. Ermənistan həm dövlət, həm də diaspor fəaliyyətində əsl terrorçu simasını məhz ASALA kimi terror təşkilatları vasitəsilə tarixin müxtəlif dövlərində nümayiş etdirib.

Hələ 2021-ci ildə Azərbaycanın ABŞ-dakı ovaxtkı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov da ermənilərin təhdidlərinə məruz qalmışdı. Belə ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) öz "X" hesabında səfirimizə qarşı nifrət aşılayan kampaniyaya başlamışdı.

ANCA paylaşımlarında nifrət və təhdidlər yağdırır, səfiri müharibə cinayətlərində ittiham edirdi. Komitənin bu addımından cəsarətlənən ermənilər də təhdid və təhqir dolu postlar yayımlamaqdan çəkinmirdilər. Hətta onlardan biri səfiri ASALA ilə təhdid etməkdən çəkinməmişdi.

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN