Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Bərdədən Xankəndi istiqamətində hərəkətə başlayıb...

Tezadlar.az AzərTAC-a istinadla bildirir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında bu barədə danışıb. O deyib ki,  Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) müvafiq işçi heyəti artıq Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının blok postunu keçib. Baş katib jurnalistlərin “Yaxın günlərdə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfində başqa yüklərin keçidi nəzərdə tutulurmu?” sualına isə belə cavab verib: “Belə bir məlumat yoxdur. Əgər hər hansı bir belə məlumat olarsa, media ilə bölüşüləcək”.

Yükün Xankəndiyə çatdırılacağı və bölüşdürüləcəyi, eləcə də erməni separatçılarının bunu necə qarşılayacağı və s. barədə əlavə bilgi veriləcək. Artıq Ermənistan mətbuatı da bu barədə yazmaqdadır. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN