Şikayətçilər “Mars-M” MMC-nin və “XalqBank”ın əlindən qan ağlayır, imdad diləyir… 

Fırıldaqçı MTK-lar barədə hələ də lazımi tədbir görülmür, illərdir aldadılan sakinlər qapı-qapı gəzir, ömürlərini xərcləyirlər. Amma onların bəzi hallarda dərdinə çarə tapılmır. Məsələn, Baş Prokurorluq və ya DTK bu dələduzları həbs etsə də, onların vətəndaşlara vurduqları maddi və mənəvi ziyan tələb olunan səviyyədə ödənilmir.

Belə fırıldaqların qurbanlarından bir qrupu da uzun illərdir şikayətlərinə çarə axtarırlar. Belə ki, “Mars-M” MMC-nin və “XalqBank”ın iştirakçısı olduğu tikinti fırıldağının qurbanları yenidən ölkə rəhbərliynə, aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Həmin müraciətlərdən biri də «Təzadlar»a göndərilib. Ölkənin məhkəmə sistemindəki mövcud biabırçı vəziyyət isə vətəndaşların hüquqlarının tanınmasına əngəldir. Çünki hakimlər, təəssüflər olsun, bəzən zərərçəkmişlərin deyil, zərərvuranların tərəfində olur…

***

Keçək mətləbə: uzun müddətdir ki, Bakının ən elitar ərazisində-Nərimanov rayonu, S.Vurğun küçəsi-120 ünvanında yerləşən "Yasmin" biznes mərkəzindən külli miqdarda pul ödəməklə, özlərinə obyekt və ofislər alan 20 nəfərdən çox iş adamının olmazın haqsızlıqlarla üz-üzə qalmaları barədə ölkə ictimaiyyəti də məlumatlıdır. Onu da bildirək ki, haqları tapdanan sahibkarlar “Mars- M” MMC-nin və “XalqBank”ın iştirakçısı olduğu tikinti fırıldağının qurbanlarıdır. Bu fırıldaq işlərində bir neçə aidiyyatı dövlət qurumu da, hansısa formada rol oynayıb. Müəyyən iddialara görə, fırıldaq əməllərini ört-basdır etmək üçün bu günə kimi, həm hüquq-mühafizə orqanları, həm də məhkəmələr hansısa maraqlar çərçivəsində 5 milyon manatdan çox ziyana düşmüş həmin obyekt və ofis sahiblərini öz investisiyalarından məhrum etməyə çalışırlar. Xeyli müddətdir ki, burada baş verən qalmaqallı olaylarla bağlı ölkə mətbuatı yazılar dərc edib, şikayətçilərin dərdini aidiyyəti dövlət rəhbərlərinə çatdırmağa çalışıb. Zərərçəkmiş iş adamları son ümid yeri olaraq Prezident İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya da müraciətlər ünvanlayıblar. Şikayətçilərin müraciətində deyilir: "Sizdən xahiş edirik ki, bu məsələni şəxsi nəzarətinizə götürüb haqq-ədalətin bərpa olunmasında bizə kömək əlinizi uzadasınız! Çünki "XalqBank" "Yasmin" biznes mərkəzini məhkəmələr vasitəsilə hərraca çıxarmaqla, biz sahibkarlara hərtərəfli ciddi zərbələr vurur!”.

 Cənab Prezidentin sahibkarlığa mane olanlarla bağlı çıxışları da bu dələduzlara dərs olmayıb. Belə ki, ölkədə biznesin inkişafına əngəl olan məmurlar, eləcə də "XalqBank" ASC-də və "Mars -- M" MMC-də məsul vəzifə tutanlar «Yasmin» biznes mərkəzindəki 20 nəfərdən çox obyekt və ofis sahibinin başlarına olmazın oyunlar gətiriblər. Baxmayaraq ki, Bakı Apellyasiya Məhkəməsinin 5 aprel 2017-ci il tarixli və Ali Məhkəmənin 18 oktyabr 2017-ci il tarixli qərarları ilə zərərçəkən sahibkarların mülkiyyət hüquqları müdafiə olunub. Amma təəssüf ki, məhkəmələr dövlətin adından qərar versələr də, bu qərarlarının icrasını sonadək müdafiə etmirlər. Lakin çox maraqlıdır ki, Konstitusiya Məhkəməsi özünün 18 iyul 2018-ci il tarixli Qərarı ilə həmin məhkəmə qərarlarını ləğv edərək Ali Məhkəmənin Plenumuna göndərib. məsini məqsədəuyğun hesab edib. Bu isə, Konstitusiya Məhkəməsində imzalanan ciddi qanun pozuntusu kimi kəskin etirazlarla qarşılanıb. Sonradan isə Plenum işə Apellyasiya Məhkəməsi instansiyasında yenidən baxılmasını məqbul sayıb, qərar qəbul edib.

 Bəs sahibkarların hüquqlarını pozanlar kimlərdir?

 İddiaçı obyekt və ofis sahibləri- Əliyev Elçin Vahid oğlu, Məhərrəmov İlqar Sübhi oğlu, Məmmədova Ruhiyyət Əksəriyyət qızı, Quliyev Sahib Həmid oğlu, Hüseynov Anar Allahverən oğlu, Zamanov Ədalət Rəhman oğlu, Kazımov Zülfüqar Musa oğlu, Bağırova Natəvan Şəmistan qızı, Mahmudov Akif  Bilal oğlu, Mahmudov Azər Akif oğlu və Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qızı və başqaları cavabdehlər- “XalqBank” və “Mars-M” arasında bağlanmış 8 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ilə yenidən  məhkəməyə müraciət ediblər. Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(005)-512/2020 saylı Qətnaməsi ilə iddia tələbi təmin olunmayıb. İddiaçılar bu Qətnamədən apellyasiya şikayəti versələr də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli 2(103)-8277/2020 saylı Qətnaməsi ilə apellyasiya şikayəti rədd edilib, təmin edilməyib. İddiaçılar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Kassasiya Şikayətlərini təqdim ediblər və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2020-ci tarixli 2(103)-8277/2020 saylı Qətnaməsinin ləğv olunmasını istəyiblər. İddia tələbinin təmin olunması barədə Qərar qəbul olunmasını xahiş edənlər, bu dəfə də, haqsızlıqla üzləşiblər. Necə deyərlər, iki il əvvəl onların xeyrinə qərar çıxarmış Ali Məhkəmənin bu dəfə üzü dönüb. Niyə? Belə ki, bu günlərdə Ali Məhkəmənin Mülki Kollegiyası onların Kassasiya Şikayətindəki tələbələrini təmin etməyib və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının Qərarını qüvvədə saxlayıb.

 Bütün bunlar bir daha onu sübut edir ki, “Xalq Bank”ın rəhbərliyinin qanunu şahdır, şah-məhkəmələrimizdə isə qanunlarımız işləmir. Məhkəmələrdəki karusel qərarlar isə yalnız baş qatmaq, vaxt itirilməsinə hesablanmış bir aksiya kimidir. Bu bankın sözü hər yerdə qanundur. Vəssalam!

***

 Sonda: “Mars- M” MMC-nin və “XalqBank”ın fırıldağına məruz qalan və mülkiyyət hüquqları pozulan sahibkarlar- Əliyev Elçin Vahid oğlu, Məhərrəmov İlqar Sübhi oğlu, Məmmədova Ruhiyyət Əksəriyyət qızı, Quliyev Sahib Həmid oğlu, Hüseynov Anar Allahverən oğlu, Zamanov Ədalət Rəhman oğlu, Kazımov Zülfüqar Musa oğlu, Bağırova Natəvan Şəmistan qızı, Mahmudov Akif  Bilal oğlu, Mahmudov Azər Akif oğlu və Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qızı və başqaları ümidsiz də deyillər. Sadəcə, onlar həm də ölkədə ədalətli məhkəmə sisteminin olmamasının qurbanlarıdır. Amma inanırlar ki, ölkə rəhbərliyi bu haqsızlığı yerdə qoymayacaq.  Və təəssüflər olsun ki, yuxarıda qeyd olunan məhkəmə sistemimizin ucbatından vətəndaşlar Avropa Məhkəməsinə üz tuturlar. Sonda isə nə baş verir: dövlətin adından qərar qəbul edən hakimin qansuzluğu üzündən Azərbaycan dövləti təzminat ödəməklə üz-üzə qalır. Həmin hakim isə məsuliyyətdən kənar olur, məsuliyyət daşımır...

Bax belə. Bütün hallarda bir aksioma və bir pozulmaz və yozulmaz fəlsəfə var ki: haqq nazilsə də üzülmür! Təki vətəndaşların dövlətin onun hüquqlarını ən sonda belə müdafiə edəcəyinə ümidləri üzülməsin!

Mövzu diqqətimizdədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN