"Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili maraqlı təkliflə çıxış edib. O, bu barədə özünün tvitter səhifəsində paylaşım edib.

Sitat: "Medianın İnkişafı Agentliyinin media subyektlərinin və jurnalistlərin peşəkarlığının artırılması istiqamətində bir sıra layihələri var ki, təqdirəlayiqdir. Təklif edərdim ki, bu layihələrin sırasına birini də əlavə etsinlər. Söhbət "Jurnalistlərin qış düşərgəsi»ndən gedir. Bu barədə təkliflərimi hazırlamışam. Layihənin məqsədi nədir? Məlum olduğu kimi, Prezident İlham Əliyevin xüsusi nəzarəti və tapşırığı əsasında keçmiş məcburi köçkünlərimizin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir.

Artıq Zəngilana, Füzuliyə və Laçına qayıdan çoxsaylı ailələr doğma yurdunda məskunlaşıb yaşayır, qayıdış davam edir. Kəlbəcərdə və Ağdamda, eləcə də Cəbrayılda, Qubadlıda da bu işlərə hazırlıq gedir, 30 illik dağıntıların yerində yeni infrastrukturlar yaradılır, evlər tikilir. Həmin ərazidəki istər əhali, istərsə də tikinti-bərpa işlərində çalışanlar isə faktiki olaraq ətraf rayonlarla təmaslarını dondurublar. Üstəlik, yeni yurd yerinə uyğunlaşma, 30 illik qonşularını tərk etmə və s. kimi psixoloji təsirləri də nəzərə alsaq, bu insanların gündəlik yaşam tərzinin, hansısa problemlərinə dəstək və nümunəvi yaşamlarının Azərbaycan və dünya ictimaiyyətinə çatdırılma zərurəti var. Və bu olduqca vacibdir. Dünya ictimaiyyəti həm ermənilərin 30 illik dağıntılarının şahidi olar, həm də həmin dağıntıların yerindəki yurd yerinə qayıdanların yaşam mübarizəsini görər. Bunun üçün isə Medianın İnkişafı Agentliyi müxtəlif qruplar təşkil edərək "Jurnalistlərin qış düşərgəsi" adlı layihə təşkil edə bilər. Məsələn, hər qrupda 5 jurnalist olmaqla, bir rayon üzrə bir neçə qrup yaratmaq olar ki, həmin jurnalistlər 3, yaxud 5 gün yurda qayıtmış ailələrin yanında (ayrıca düşərgədə) qalır, tikinti-quruculuq, kənd təsərrüfatı ilə məşğul olan keçmiş köçkünlərin və ya inşaat işçilərinin güzəranını izləyir, reportajlar hazırlayır, canlı yayımlar edirlər və s. Bu həmin insanlara həyan olmaya, onların ruhlandırlmasına, eləcə də onların təklikdən, qəribçilikdən (isnişənə kimi qərib saymaq olar) xilasına xidmət edər, həm də ölkə və dünya ictimaiyyəti Qarabağ İqtisadi Rayonundakı yaşam, 30 ildən sonra ermənilərin viran qoyduğu yurda qayıdış mübarizəmizi yaxından izləmiş olar…".

Təqdim etdi: Elbar ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN