Azərbaycan, Səudiyyə Ərəbistanı və Çin Rusiya Federasiyasının Stavropol diyarından ən çox məhsul idxal edən ölkələrin ilk üçlüyünə daxildir.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Rusiya KİV regionun İqtisadi İnkişaf Nazirliyinə istinadən yazır.

Belə ki, cari ilin birinci rübündə Stavropoldan Azərbaycana 43,2 milyon dollar, Səudiyyə Ərəbistanına 22,6 milyon dollar, Çinə isə 21,9 milyon dollar dəyərində məhsul ixrac edilib.

Stavropol istehsalçılarının məhsullarına digər ölkələrdə də tələbat var. Bura Belarus, Hindistan, Qazaxıstan, Türkiyə, Tunis, İran və digər ölkələr daxildir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN