Azərbaycandan küskün düşüb xaricdə yaşayan soydaşlarımızın demək olar hamısı indiki məqamda rəsmi Bakının Qarabağdakı anti-terror əməliyyatlarını dəstəkləyir, Azərbaycanla bir olduqlarını ifadə edirlər... Bu sırada professor Cəmil Həsənlinin özünün sosial platformasındakı açıqlaması diqqəti çəkir. "Təzadlar" həmin açıqlamanı təqdim edir: "...Xaricdə yaşayan Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində antiterror əməliyyatı aparır. Bu beynəlxalq hüququn və beynəlxalq münasibətlərin universal prinsiplərinə, Birləşmiş Millətlərin Nizamnaməsinə uyğundur. Bir ölkənin tərkibində ikinci bir dövlət, ikinci bir idarəçilik, ikinci bir ordu ola bilməz. 2-ci Qarabağ müharibəsindən 3 il keçməsinə baxmayaraq bu məsələ öz həllini tapmayıb. 2020-ci ilin 9 noyabr üçtərəfli bəyənnaməsinin 4-cü bəndinə görə Ermənistanın qanunsuz hərbi birləşmələri Azərbaycan ərazisini tərk etməyib. Rusiya hərbi kontingentinin nəzarətində olan Qarabağın Dağlıq hissəsindəki ərazilərdə komunikasiya yolları açılmayıb. Xankəndində olan oyuncaq rejim hərbi ritorika dili ilə danışır. Rusiyadan ora ezam edilmiş Ruben Vardanyan və tərəfdarları Azərbaycana qarşı döyüşəcəklərini dəfələrlə bəyan edir. Dinc dövrdə Azərbaycan vətəndaşları mina terrorunda həyatını itirir. Şübhəsiz ki, belə vəziyyət uzun davam edə bilməzdi. Ona görə Azərbaycan ordusunun antiterror əməliyyatı keçirməsi, Qarabağın Dağlı hissəsində qanunsuz hərbi birləşmələri tərksilah etməsi, onların hərbi obyektlərini məhv etməsi qaçılmaz idi.
Antiterror əməliyyatı dinc əhaliyə qarşı deyil, qanunsuz hərbi birləşmələrə qarşıdır. Azərbaycan ərazisində onun suverenliyi və ərazi bütövlüyünü təhdid edən ikinci bir dövlət ola bilməz, Azərbaycanla silah dili ilə danışan Qarabağ müdafiə ordusu deyilən hərbi qüvvə ola bilmiz. Heç bir dövlət öz əraisində onun suverenliyini təhdid edən belə bir qüvvənin mövcudluğu ilə razılaşa bilməz. Azərbaycanın konstitusiyası, dövlət atributları, qanunları ölkənin bütün ərazisində işləməlidir. Dinc əhalinin təhlükəsizliyinə təminat verirlməlidir. Müharibə ritorikası ilə danışan Ruben Vardanyan və tərəfdarları Azərbaycan ərazisindən çıxarılmalıdır. Antiterror əməliyyatı eyni zamanda Rusiya Sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması ilə tamamlanmalıdır. Putin, Lavrov və digərlərinin açıqlamaları aydın şəkildə göstərir ki, Rusiya Ermənistanın Dağlıq Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımasından narahatdır. Bizim ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan, etnik münaqişəni qızışdıran, seperatizmi stimullaşdıran, Qarabağın Dağlıq hissəsinin "statusunu" gələcəyə saxlayıb Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək niyyətində olan bir ölkənin "sülhməramlı" adı altında ölkəmizdə hərbi qüvvə saxlaması da yolverilməzdir...".
Təqdim etdi: A.Məmmədli
qarabax
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN