«Qarabağ əhalisinin taleyi Yevlaxda həll olunur» - deyib Ermənistanın sabiq müdafiə naziri və cinayətkar Seyran Ohanyan…

«Təzadlar» Ermənistan KİV-lərinə istinadla bildirir ki, əli on minlərlə Azərbaycanlının qanına bulaşmış  cinayətkar sabiq nazir bu gün maraqlı açıqlama ilə diqqəti çəkib. O, hesab edir ki, Qarabağ sakinlərinin əksəriyyəti danışıqlar nəticəsində Ermənistana köçməyə qərar verəcək.

«Yevlaxda Qarabağ əhalisinin taleyi həll olunur və əvvəllər dərc olunmuş sənəd ətrafında danışıqlar aparılacaq…» deyən “Hayastan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri etiraf edib ki, «…heç kimin belə şərtlərlə razılaşaraq danışıqlara başlayan «Dağlıq Qarabağ» «hakimiyyətini» tənqid etməyə haqqı yoxdur: Ermənistan «Stepanakerti» Bakı ilə təkbətək qoydu».

Ən maraqlısı, sabiq nazir onu da qeyd edib ki, Bakının ekstradisiyasını tələb etdiyi şəxslərin siyahısında onun da adı var: «…Mənim də adım həmin siyahıda var…».

Ohanyan anlayır ki, onu hansı cəza gözləyir, ona görə də danışığını belə itirib…

A.Məmmədli

P.S.Onu da deyək ki, Ohanyan Əsgəranda özü üçün şərab zavodu tikdirərək bir neçə adda araq, konyak və şərab buraxdırırb xaricə satdırırmış...

ohanyan-3

ohanyan-2

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN