Bu gün 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcədə çörək məhsulları vəsair məhsullar Qarabağda yaşayan dinc sakinlərə göndəriləcək...

Tezadlar.az-a  Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Azərbaycan FHN-nin xəttilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün ərzaq məhsullarının göndərilməsi həyata keçirilir. Belə ki, bu gün sentyabrın 22-də hər birini tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr və eləcədə iki ədəd içərisində çörək olan maşınlar Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı hazırda açıq olan, Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndinə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq...

Digər humanitar yardımların göndərilməsi də davam edəcək. 

Bununla belə, Ermənistanda separatçılığı dəstəkləyənlər Azərbaycandan göndərilən yardımın qəbul edilməsini arzulamırlar. Lakin Qarabağda yaşayan mülki ermənilər Azərbaycanın yardımını yüksək qiymətləndirirlər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN