Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin impiçmenti işinə oktyabrın 3-də baxacaq.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə məhkəmənin bəyanatında bildirilib. Qeyd olunub ki, Konstitusiya Məhkəməsi bu il sentyabrın 22-də hakim “Gürcü Arzusu” partiyasından olan 80 deputatın dəstəklədiyi, Prezidentinin konstitusiyanı pozması iddiası ilə hazırlanmış təqdimatın qəbul edib. Qeyd olunub ki, 3 oktyabr 2023-cü ildə təqdimat müəlliflərinin və Gürcüstan Prezidentinin iştirakı ilə şifahi dinləmə keçiriləcək. Məlumat üçün bildirək ki, Prezident Salome Zurabişvili hökumətin razılığını almadan Avropaya səfər edərək bir sıra ölkələrin liderləri ilə görüşüb. Hakim partiya isə bundan sonra impiçment prosesini elan edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN