Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxsin Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçiriləcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşün nəticələrinə dair məlumatında qeyd edilib. Bildirilib ki, görülmüş işlərin yekunlarının müzakirəsi və gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

Qeyd edək ki, Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə ilk görüş sentyabrın 21-də Yevlax şəhərində keçirilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN