Qarabağın azad edilməsində Azərbaycan polisi də şücaət göstərib və şəhidlər verib. Bunu Milli Məclisin deputatı, MCP sədri Razi Nurullayev Parlamentdəki çıxışı zamanı bildirib.
Deputat şərəfli peşə sahibi olan polislərimizin fədakarlığından, qəhrəmanlığından, asan həyat tərzi keçirmədiklərini vurğulayıb.
O, evlərimizdə rahat yatmağımıza görə məhz polislərə minnətdar olmalı olduğumuzu, polisin Qarabağda asayişi qorumaq üçün xidmət etdiyini də diqqətə çatdırıb.
"Onlar qəhrəmancasına dövlətimizin müstəqilliyini və suverenliyini qoruyub. Bu gün də azad edilmiş Qarabağda ordumuzla bərabər ağır şərtlər altında asayişi və təhlükəsizliyi təmin etməkdədir. Polis həyatı asan həyat deyil.
Onlar hamıdan tez oyanır, hamıdan sonra yatır, gecə-gündüz növbədədir ki, ölkə vətəndaşları rahat yatsın. Buna görə Azərbaycan polisinə təşəkkür edirik. Polis həyatı asan olmasa da polis olmaq istəyənlər kifayət qədərdir və bu əslində sevindiricidir.
Yeni-yeni vətənpərvər, vətənini sevən gənc öğlan və qızların polis peşəsini seçərək kursant olmaq istəməsi təqdirəlayiqdir və onlar polis adını daha da ucaldacaqlar", - deyə bildirib.
Həmçinin Razi Nurullayev bəyan edib ki, gecə-gündüz vətəndaşların rahatlığını qoruyan polislərimiz yüksək maaş almağa layiqdirlər: "Polislərimiz daha yüksək əmək haqqına, daha yüksək hörmətə layiqdir. Onların sayəsində rahat yaşayırıqsa, qiymətləndirmək lazımdır", - deyən deputat Qanunda edilən dəyişikliyi dəstəklədiyini və səs verəcəyini də bildirib.
Xatırladaq ki, ötən gün Parlamentdə “Polis haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Fəzail Ağamalı polislərin maaşlarının artırılması üçün paket şəklində əlavənin verilməsi ilə bağlı qanuna dəyişiklik edilməsi təklifi ilə çıxış etmişdi.
O, diqqətə çatdırmışdı ki,  gələcəkdə polislərin əməkhaqqının artırılması üçün paket şəklində qanunlar qəbul edilməlidir.
Həmçinin deputat Qüdrət Həsənquliyev də polisin əməkhaqqının artırılmasının vacibliyini bildirib.
Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN