Erməni əhalisinin bir hissəsinin Azərbaycanın Qarabağ iqtisadi rayonunu tərk etmək qərarı qəti deyil - insanlar geri qayıdacaqlarını istisna etmirlər.

Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki,  daha əvvəl Azərbaycanın bu iqtisadi rayonunu tərk etmiş Qarabağın erməni sakinlərinin bir qisminin geri qayıtmağı planlaşdırdığı və Moskvanın bu prosesi dəstəkləyəcəyi barədə Rusiyada məlumat var.

"Bizə məlumat daxil olur ki, Qarabağ sakinlərinin bir qismi geri qayıtmaq fikrindədir”, -deyə Zaxarova bildirib.

O, ermənilərin  buna şərait yaradılarsa, təhlükəsizliyi təmin olunarsa qayıdacaqlarını bildirdiklərini dilə gətirib.

Zaxarova qeyd edib ki, Rusiya Azərbaycan tərəfi ilə birlikdə sakinlərin özləri belə bir qərar verərsə, “bu proseslərə yardım göstərməyə” hazırdır.

Əlbəttə, Azərbaycan rəhbərliyi hər dəfə bəyan edib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşamış erməni sakinləri öz evlərində əmin-amanlıq şəraitində yaşaya bilərlər. Necə ki, digər etnik azlıqlar, xalqların nümayəndələri yaşayır, onlar da  Azərbaycan konstitutsiyasına, qanunlarına uyğun şəkildə həyat sürə bilərlər.

Bəli, Azərbaycan Ermənistandan fərqli olaraq, tolerant və multikultral ölkədir – soydaşlarımızın da başqa millətlərə, etnik qruplara, azlıqlara qarşı  nə antipatiyası, nə də fobiyası var. Dost kimi gələnlərə dost kimi qucaq açmağı da çox gözəl bilirik. Yetər ki, qayıtmaq istəyənlər revanşist hisslərdən yaxa qurtarmış, sözlərində isə səmimi olsunlar.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN